Главная > İqtisadiyyat > Masallıda uşaq bağçasının tikintisi davam edir
Masallıda uşaq bağçasının tikintisi davam edir2-06-2022, 18:46. Разместил: admin44 |
Masallı şəhərində 140 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir Masallı şəhər Qarabağ küçəsində 140 yerlik 4 nömrəli yeni körpələr evi — uşaq-tərbiyə müəssisəsinin tikintisinə 15 İyun 2021-ci il tarixi günündə başlanmışdır. Tikinti obyektində inşaatçılar işlərini günün tələbləri səviyyəsində yerinə yetirir, uşaq bağçasının tikintisini gündən-günə sürətləndirirlər. İkimərtəbəli, yaraşıqlı bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır. İnşaatçılar aqrtıq əsas tikinti işlərini görüb qurtarmışlar. Divar-hörgü işlərini başa çatdıran inşaatçılar hasırda otaqlara suvaq çəkir, döşəmə və tavanları vururlar. Bağçanın həyətində yaşıllıqlar salınır. Qeyd edək ki, təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Məclisin deputatı Məşhur Məmmədov, Heydər Əliyev Fondunun gənc təmsilçiləri Məntiq Məmmədov və Mədinə Şahbazova tərəfindən inşa olunur. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |