Главная > İqtisadiyyat > ZƏFƏRAN YIĞILIR
ZƏFƏRAN YIĞILIR5-07-2022, 09:26. Разместил: admin44 |
Xalqımızın ən qədim ədviyyalı bitkilərindən olan zəfəran bu gün də məişətimizdə işlədilir. Şirniyyatların, bir sıra yeməklərin dadına dad verən zəfəran artıq Masallının təsərrüfatlarında da yer tapır. Son vaxtlar şəxsi və fermer təsərrüfatlarında yetişdirilməsinə diqqət artıb. İndi statistik məlumatlarda “Cənub zəfəranı” kimi adlandırılan bu bitki hamıda maraq oyadır. Az təsərrüfat tapılar ki, bu gözəl ədviyyat bitkisini yetişdirməsin. Bir neçə gündür ki, Masallının ərazilərində zəfəran yığımına başlanılıb. Hazırda Mahmudavar, Ərkivan, Musakücə, Təzə Alvadı, Lürən və başqa kəndlərin şəxsi təsərrüfatlarında zəfəran yığımı davam edir. Məhsuldarlığı artırmaq üçün zəfəran sahələri suvarılır. Yetişmək müddəti tez başa çatan bitkimövsüm ərzində bu müddətdə günaşırı yığılmaq şərti ilə ən azı 5-6 dəfə yığılır. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |