Главная > İqtisadiyyat > Masallıda elektrik şəbəkəsi yenidən qurulur

Masallıda elektrik şəbəkəsi yenidən qurulur


6-07-2022, 17:42. Разместил: admin44

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Masallının Eminli və Ərəb kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

Yenidənqurma işləri çərçivəsində 171 abonenti olan Eminli kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 kilometrə yaxın 10 kilovoltluq, 11 kilometrdən çox 0,4 kilovoltluq elektrik xətti yenilənmişdir.

Masallının Ərəb kəndində də yenilənmə işlər davam etdirilir. 156 abonenti olan kənd ərazisində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 7 kilometrə yaxın 10 kilovoltluq, 10 kilometrdən çox 0,4 kilovoltluq elektrik xətti dəyişdirilmişdir.
Hər iki kənddə köhnə sayğaclar müasir tipli smart sayğaclarla əvəz olunacaq.

Masallı rayonunun Eminli və Ərəb kəndləri ilə yanaşı, rayonun Xırmandalı və Mollaoba kəndlərində də yenidəqurma işləri davam edir.
Yenidənqurma işləri zamanı Xırmandalı kəndində 6 transformator artırılaraq müasir transformatorların sayı 15-ə çatdırılmışdır. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2000-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад