Главная > İqtisadiyyat > Yaşıl çay yarpağı yığımının ikinci mərhələsi başa çatdı

Yaşıl çay yarpağı yığımının ikinci mərhələsi başa çatdı


27-07-2022, 19:55. Разместил: admin44

Masallının çay plantasiyalarında məhsul yığımının ikinci mərhələsi başa çatmışdır. “Azərsun-Holdinq” MMC-nin nümayəndəsi Altay Abbasovdan aldığımız məlumatda bildirilir ki, Kolatanın Sığaçola deyilən sahəsində yaşıl çay yarpağı yığımının ikinci mərhələsində fabrikə 1 ton 424 kiloqram məhsul göndərilib. İki yığımda MMC fabrikə 9 ton 912 kiloqram yaşıl çay yarpağı təhvil verib. Növbəti yığımda da məhsulun bol gəlməsi üçün yaşıl plantasiyalar müntəzəm suvarılır.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад