Главная > İqtisadiyyat > Masallı şəhərində küçələrin asfaltlanması davam edir

Masallı şəhərində küçələrin asfaltlanması davam edir


23-09-2022, 17:29. Разместил: admin44

Masallı şəhərində küçələrin asfaltlanmasına başlanılmışdır. Belə ki, şəhid Niyaməddin  Sultanzadə küçəsində 450 metr, Həsən bəy Zərdabi küçəsində 240, Mübariz İbrahimov  küçəsində 125, Mir Cəlal küçəsində 450 metr yola ikiqat asfalt döşənərək abadlıq  işləri başa çatdırılıb.

“Elnur”-2 şirkətinin baş mühəndisi Mübariz Cəbiyev bu gün görüləcək işlər barədə məlumat verərək bildirir ki, Topçubaşov, Zülfi Adıgözəlov, C.Cabbarlı, A.Bakıxanov küçələrində asfalt örtüyün ikinci qatı davam etdiriləcək. Masallı şəhər ərazi nümayəndəliyinin mühəndisi Mahir Ağayev asfalt örtüyünün vurulması prosesinə nəzarət edir.

Rayon rəhbəri cənab Araz Əhmədov daim bu işə nəzarət edir, tapşırıq və tövsiyələr verir, köməklik göstərir.  Şəhərdə küçələrin sayı çoxaldıqca məsuliyyətimiz də artır.  Bu gün Bakıxanov küçəsində 260 metr,  Z.Adıgözəlov küçəsində isə 160 metrlik  yola asfalt örtük çəkilir.

Sonra iş Ə.Topçubaşov küçəsində 600 metrlik yol asfaltlanacaq. Beləliklə hər gün yüz metrlərlə yola asfalt örtük döşənir.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад