Главная > İqtisadiyyat > Masallıda məhsul yığımı davam etdirilir

Masallıda məhsul yığımı davam etdirilir


20-10-2022, 13:18. Разместил: admin44

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, Masallı rayonunda 01 oktyabr 2022-ci il tarixinə 4160,0 hektar sahədən 78723,4 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 905,2 ton və ya 1,2 faiz çoxdur.

Rayonda 220,9 hektar çəltik sahəsinin 128,4 hektarı biçilmişdir. Çəltik sahəsindən 417,5 ton məhsul götürülmüşdür. Boradigah qəsəbəsində, Qızılağac, Xıl, Tüklə və Yeddioymaq kəndlərində çəltik biçimi davam etdirilir.

Həmçinin rayon üzrə 01 oktyabr 2022-ci il tarixinə 7195,0 hektar təmiz herik şumunu da daxil etməklə cari ilin payızlıq əkinləri üçün şum qaldırılmışdır.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад