Главная > İqtisadiyyat > Masallının Viləş kəndində şəhid adına olan küçə asfatlanıb

Masallının Viləş kəndində şəhid adına olan küçə asfatlanıb


26-10-2022, 17:39. Разместил: admin44

Ölkədə şəhidlərə ehtiram, şəhid ailələrinə diqqət və qayğı hər zaman yüksək olmuşdur. Masallı rayonunda da şəhidlər daim əziz tutulur və şəhid ailələri rayon rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunurlar. Belə qayğılardan biri də Masallı rayonunun Viləş kəndindən olan Aprel döyüşləri şəhidi Nurlan Bayram oğlu Əsgərli adına olan küçəyə asfalt örtüyünün döşənməsidir.

Şəhid ailəsi görülən işlər və onlara göstərilən qayğıya görə Ölkə rəhbəri, Cənab İlham Əliyevə, Birinci xanım Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını ifadə etmişdir. Qeyd etmək istərdik ki, asfalt örtüyü döşənmiş küçə “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin qardaşı Nurlan Əsgərlinin adını daşıyır.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад