Главная > İqtisadiyyat > Masallıda dördüncü mərhələ çay yığımı başa çatdı
Masallıda dördüncü mərhələ çay yığımı başa çatdı3-11-2022, 21:20. Разместил: admin44 |
«Azərsun Holdinq» şirkətinin Kolatan kəndinin “Sığaçola” deyilən sahəsindəki çay plantasiyalarında məhsul dəriminin dördüncü mərhələsi başa çatmışdır. “Yaşıl qızıl” ustaları bu mərhələdə fabriklərə 2 ton 924 kloqram çay yarpağı göndərməyə nail olmuşlar. Şirkətin nümayəndəsi Altay Abbasov bildirmişdir ki, hazırda plantasiyalarda payız becərməsinə başlanılmışdır. Cərgəaraları şumlanır, kolların dibi yumşaldılır. Qeyd edək ki, gələcəkdə çay plantasiyalarının cərgəaralarına verilmək üçün gübrə də tədarük edilir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |