Главная > İqtisadiyyat > Masallıda qanunsuz tikilinin söküntüsü yekunlaşdı
Masallıda qanunsuz tikilinin söküntüsü yekunlaşdı7-11-2022, 16:18. Разместил: admin44 |
Masallıda qanunsuz obyektin söküntüsü işləri yekunlaşmışdır. Qeyd etdiyimiz kimi Masallı şəhəri Səfəralı Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişdiyi ünvanda Masallı şəhəri, Seybətin küçəsi ev 38 ünvanında yaşayan, İsmayılov Azər Əşrəf oğlunun qanunsuz hüquqi sənədi olmadan 5 (beş) mərtəbəli yaşayış binasına bitişik vəziyyətdə, binanın ümumi mülkiyyətində olan dövlətə məxsus torpaq sahəsində qanunsuz tikilmiş yüngün konstruksiyalı 448.0 kv.m olan obyektin söküntüsünə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təklükəsizliyə Nəzərət Döv lət Agentliyinin 05 noyabr 2022-ci il 005 nömrəli Qərarı ilə 06 noyabr 2022-ci il tarixdə başlanılmışdır. Bildirmək istəyirik ki, obyektdə olan məhsullar yük avtomobilləri ilə anbara daşınaraq binanın söküntüsünə günün ikinci yarısı başlanılmış və 07.11.2022-ci il tarixdə obyektin söküntü işləri tamamilə yekunlaşmışdır. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |