Главная > İqtisadiyyat > Kommunal xidmətlərin səviyyəsi yaxşılaşdırılır
Kommunal xidmətlərin səviyyəsi yaxşılaşdırılır16-01-2023, 18:05. Разместил: admin44 |
Məişət tullantılarının zərərsizləşdirilməsi işləri intensivləşir. Masallıda kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etməkdədir. Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyev bildirib ki, Bakı prospektindəki yol kənarında yerləşən zibil poliqonundakı antisanitar vəziyyətin aradan qaldırılması qarşıda duran başlıca vəzifələrdən idi. Rayon rəhbərliyi tərəfindən ciddi nəzarətə götürülən işlərin hazırda intensiv aparıldığını qeyd edən M.Əliyev deyib: “Məişət tullantılarının zərərsizləşdirilməsi istiqamətində uzunluğu 400 metr, eni 10, hündürlüyü 7 metr olan zibillik ərazisi demək olar ki, 80 faiz təmizlənib. Buradakı tullantılar daşınıb zərərsizləşdirilir. Qarlı, soyuq günlərə baxmayaraq işimiz ləngiməyib. Yanvar ayının sonunacan işlərin tamamlanması nəzərdə tutulub. Öz texnikamızla yanaşı ağır texnikaların istifadəsində bizə Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov da dəstək göstərir...” M.Əliyev əlavə edib ki, işlər tamamlandıqdan sonra ərazidə yaşıllıq salınacaq, su xəttləri çəkiləcək, yeni işıqlandırma sistemi qurulucaq, asfaltlanma işləri aparılacaq. Zibil Çeşidləmə Sexinin təmir edilərək fəaliyyətinin bərpası da nəzərdə tutulub. MKTİB-nin rəisi Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun yaxından köməyilə bundan sonra da həyata keçiriləcək abadlıq-quruculuq tədbirlərinin həcminin daha genişlənəcəyini, şəhərimizin və digər yaşayış məntəqələrimizin müasirliyə, gözəlliyə qovuşacağını qeyd edib. İdarə rəhbəri və kollektiv üzvləri RİH başçısının təşəbbüsü ilə müəssisəyə alınan bir neçə yeni texnikaya və digər ləvazimatlara görə minnətdarlıq bildiriblər. Akif Ağayev “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |