Главная > İqtisadiyyat > Masallıda mal-qaranın sayı

Masallıda mal-qaranın sayı


19-02-2023, 23:30. Разместил: admin44

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-dekabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 6376,5 ton ət, 49570,8 ton süd, 59103,0 min ədəd yumurta və 148,7 ton yun istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 4,3 ton və ya 0,1 faiz, yumurta  istehsalı isə 0,1 faiz və ya 58,0 min ədəd və yun istehsalı isə 1,2 ton və ya 0,8 faiz artmışdır. Süd istehsalı ötən ilin müvafiq dövründən təxminən eyni səviyyədə qalmışdır.

2022-ci ilin yanvar ayının 01-i vəziyyətinə rayonda 73937 baş iribuynuzlu mal-qara (ondan 37365 baş inək və camış), 95884 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 533 baş (0,7 faiz), inək və camışların sayı 651 baş (1,8 faiz), qoyun və keçilərin sayı isə 1852 baş (2,0 faiz) artmışdır.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад