Главная > İqtisadiyyat > Masallıda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır

Masallıda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır


24-04-2023, 14:54. Разместил: admin44

Masallı rayonunda qeyri-sabit hava şəraitinin vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür.

Rayon icra hakimiyyəti başçısının Təzə Alvadı kəndi üzrə icra nümayəndəsi Fəxrəddin Məmmədov bildirib ki, ötən gecə qısa müddətdə davam edən güclü yağış, dolu, küləkli hava şəraiti kənd təsərrüfatına, evlərə, tikililərə ciddi ziyan vurub. Təzə Alvadı kəndində 5 evin dam örtüyü tamamilə sıradan çıxıb, 21 evin dam örtüyünə, 50-dək yardımçı tikiliyə ziyan dəyib. Həmçinin 9 tövlənin dam örtüyü, 12 talvarın örtüyü tamamilə sıradan çıxıb. Həyətlərə çəkilmiş dəmir lövhələrdən ibarət divarlar aşıb, 3 minik avtomobilinə ziyan dəyib. Bundan başqa, kənddə təmir sexi uçub, 80 hektara yaxın kartof sahəsinə ciddi ziyan dəyib. Ərazidəki meşə zolağında iri gövdəli 103 palıd ağacı aşıb.

Məlumat verilib ki, hazırda elektrik xətləri bərpa edilir, transformatorlarda qapanmaları, rabitə xətlərində yaranan problemləri aradan qaldırmaq üçün iş aparılır. Hava şəraiti ilə bağlı qaz xətlərində yaranan problemlər də aradan qaldırılıb. Güclü küləyin Ələt-Astara magistralına aşırdığı ağaclar götürülüb.






İlkin Adıyev,



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад