Главная > İqtisadiyyat > Masallıda Novruz yarmarkası
Masallıda Novruz yarmarkası10-03-2018, 14:13. Разместил: yeni321 |
Masallıda Novruz yarmarkası Novruz el-obaya toy-büsat, bin-bərəkət gətirir. Bu xoş ovqat, bolluq Masallının “Xan çinar” şirkətində təşkil olunmuş Novruz yarmarkasında hiss olunub. Mart 10-da saat 9-dan başlayaraq bazarda təşkil edilmiş Novruz yarmarkasına alıcıların axını başlayıb. Novruz yarmarkasındakı piştaxtaların üstü Masallı, eləcə də ətraf bölgələrdə yetişdirilən nemətlər düzülüb. Sərfəli qiymətlər hər kəsin yaxşı bazarlıq etməsinə, evə əli dolu qayıtmasına şərait yaradıb. Yarmarkada satılan ayrı-ayrı məhsullarda 1-3 manatlıq endirim olub. Bütün bunlar ölkə rəhbərinin aqrar sahənin inkişafı istiqamətində gördüyü tədbirlərin nəticəsidir. İndi kəndli torpağa üz çevirib. Yarmarkada əsas yeri də rayonda yetişdirilən məhsullar tutub. “Masallı nemətləri” MMC-nin çəltik emalı müəssisəsinin təqdim etdiyi 900 qramlıq, 3-5 kiloqramlıq torbalarda qablaşdırılan “Haşimi”, “Apolla”, “Okean” düyüləri alıcıların marağına səbəb olmuşdur. Rayonun Mahmudavar, Xırmandalı, Həsənli, Kalinovka, Bədəlan, Şərəfə, Öncəqala kəndləri, Boradigah və Ərkivan qəsəbələrindən yarmarkaya bol kənd təsərrüfatı məhsulları, bayram çərəzləri gətirilib. Mal, qoyun, cücə əti, balıq, alma, limon, mandarin, göy-göyərti, sarımsaq, noxud, lərgə, mərcimək, növbənöv ədviyyatlar, qoz, fındıq ləpələri, heyvandarlıq məhsulları alıcıları daha çox maraqlandırıb. Alıcılar burada bayram süfrələrini bəzəyəcək hər cür nemət tapa biliblər. Masallının Sənaye müəssisəsi olan “Nur-M” firmasının məhsulları – vermeşillər, makaronlar, peçenyelər yarmarkaya çıxarılıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparat işçiləri Novruz yarmarkasında iştirak edib, satıcı və alıcılarla söhbətləşmiş, təəssüratlarını bölüşüb. Yarmarkanın zəngin nemətlər ovqatında bazarı gəzən Kosa və Keçəlin zarafatları da qatılıb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |