Главная > İqtisadiyyat > Masallıda “Biznes Plan və Biznesin qurulması” mövzusunda təlim seminar

Masallıda “Biznes Plan və Biznesin qurulması” mövzusunda təlim seminar


18-04-2018, 14:23. Разместил: yeni321
Masallıda “Biznes Plan və Biznesin qurulması” mövzusunda təlim seminar

Aprelin 18-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclər arasında “Biznes Plan və Biznesin qurulması” mövzusunda təlim seminar keçirilmişdir.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov iştirakçıları salamlamış, cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, gənclər siyasətinin uğurlu inkişafından danışmışdır.
50-dən artıq gəncin iştirak etdiyi təlimdə Beynəlxalq dərəcəli biznes təlimçisi Rafət Şirəliyev tərəfindən biznes ideyasının yaradılması, sahibkarlıq sahəsində mövcud elektron xidmətlər, biznes planların hazırlanması üzrə təqdimatlar olub.
Qeyd edək ki, növbəti aylarda təlim seminarının davamı olarq gənclər arasında “Biznes Plan” çempionatı keçiriləcək.


 “Yeni həyat”,
 
www.yeniheyet.az 
 

шаблоны для dle 11.2
Вернуться назад