Главная > Manşet / Aqrar > Çay bitkisinin becərilmə texnologiyası
Çay bitkisinin becərilmə texnologiyası25-11-2017, 14:14. Разместил: yeni321 |
Çay bitkisinin becərilmə texnologiyası Çay çox qədim bitkidir, buna baxmayaraq onun törəmə mərkəzi bu ana qədər dəqiqləşməmişdir. Çay bir içki kimi 2.5 min il öncə Çində məlum olmuşdur. Lakin onun vətəninin Çin olması haqqında bu ana kimi dəqiq məlumat yoxdur. Çay generativ (toxumla) və vegetativ (qələmlə, ayırmalarla və s.) üsullarla çoxaldılır. Çay plantasiyasının salınması. Çay bitkisinin inkişafı və onun məhsuldarlığı yerdən və çay plantasiyasının salınma üsulundan aslıdır. Çay kolu özünün təsərrüfat qiymətini 100-120 il müddətinə saxlaya bilir. Ona görə də çay plantasiyaları düzgün salınmalı və bitkinin tələbatına uyğun olmalıdır. Çay plantasiyası salarkən hökmən torpağın reaksiyasına (pH) təyin etmək lazımdır. Çay altına yalnız o torpaqlar yararlı sayılır ki, onların 80-100 sm dərinliyə qədər pH-4-6.5 və qurunt sularının səviyyəsi 100 sm-dən aşağı olsun. Cay bitkisinin əsas zərərvericiləri və xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri: Çay bitkisinin əsas xəstəlikləri - ləkə xəstəliyi ( Qəhvəyi ,boz ,mis rəngli) və s. qarşı mübarizədə 1%-li bordo məhlulu və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar. Cay bitkisinin əsas zərərvericiləri - çay güvəsi, çay mənənəsi, yastıcalara və s.qarşı mübarizədə 0,2%-li dursban, 0,2% -li poliqor,0,4%-li Dnok və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar. Вернуться назад |