Главная > Manşet / Aqrar > Masallıda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM
Masallıda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM15-04-2020, 14:34. Разместил: yeni321 |
Masallıda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1. Masallı rayonunun əhalisi 36274 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 aprel 2020-ci il. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamına Əlavə Masallı rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair Siyahı Sıra №-si Yaşayış məntəqələri Quyuların sayı, ədəd Əhalinin sayı, nəfər 1. Babaser kəndi 1 1704 2. Bala Təklə kəndi 1 534 3. Əhmədli kəndi 1 1610 4. Ərkivan qəsəbəsi 1 17788 5. Köhnə Alvadı kəndi 1 4244 6. Qodman kəndi 1 1413 7. Öncəqala kəndi 1 2342 8. Sərçuvar kəndi 1 1818 9. Şərəfə kəndi 1 2641 10. Tüklə kəndi 1 2180 Cəmi 10 36 274 Вернуться назад |