Главная > Manşet / Aqrar > Torpağa qayıtmalı, ona üz tutmalıyıq - Təzə Alvadıda səyyar qəbul

Torpağa qayıtmalı, ona üz tutmalıyıq - Təzə Alvadıda səyyar qəbul


15-12-2017, 14:39. Разместил: yeni321
 
Torpağa qayıtmalı, ona üz tutmalıyıq
 
Təzə Alvadıda səyyar qəbul

Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu dekabrın 13-də Təzə Alvadı kəndində keçirildi.
Azərbaycanın Milli Qəhrəmanı, “Azərbaycan Bayrağı” ordenli Elşad Əhədov adına Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində təşkil olunmuş görüşdə Təzə Alvadı, Əhmədli və Meşəkənarı sakinləri ilə yanaşı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edirdi.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinləri salamladı, onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istədi.
“Tərəqqi” medallı sahibkar Hadı İsmayılov, Təzə Alvadı kənd uşaq bağçasının müdiri Göyçək Ələsgərova, Əhmədli sakini Aslan Cəfərov və başqaları kənd təsərrüfatına və sosial məsələlərə diqqətə görə sakinlər adından ölkə prezidenti cənab İlham Əliyevə, rayon rəhbərinə minnətdarlıq bildirdilər, əkin altında olan torpaq sahələrinin sığortalanması, toxuma sertifikat alınması, Əhmədli kəndində çay və meşə ətrafı sahələrin təmizlənməsinə kömək göstərilməsini xahiş etdilər. 
Sahibkar H.İsmayılov bildirdi ki, 2 hektarda çiyələk əkilib, 3 hektar sahəyə isə dekabrın sonunda kartof əkiləcək. Kütləvi kartof əkininə yanvarın 25-dən başlanılacaq. Qablaşdırdığımız çiyələk mürəbbələri “ABAD” mərkəzinə təhvil verilib. Məhsullarımızın xarici bazara çıxarılışı nəzərdə tutulub.
G.Ələsgərova “ABAD”-ın köməyilə kənddə yaradılan kolbasa sexində keyfiyyətli məhsulların hazırlanması, “BRAVO” ilə bağlanan müqavilə əsasında işə başladıqları barədə məlumat verdi.
RİH başçısı Rafil Hüseynov verilən təkliflərin nəzərə alınacağını qeyd etdi, bəzi məsələlərin həllindən ötrü yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Çıxışlara cavab olaraq rayon rəhbəri dedi:
–Məhsulun keyfiyyət və məhsuldarlığından ötrü torpaq və toxumun laborator analizi mütləqdir. Əkin torpaqlarının sığortası dövlət səviyyəsində həyata keçiriləcək. Hörmətli Prezidentimiz həmişə kənd təsərrüfatını diqqət mərkəzində saxlayır. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə dövlətimiz tərəfindən fermerlərə gübrələrin, texnikanın, kreditlərin güzəştli şərtlərlə verilməsi buna bariz nümunədir. Odur ki, şəxsi təsərrüfatınızda olan əkinə, heyvandarlığa önəmli yanaşmalısınız. Torpağa qayıtmalı, ona üz tutmalıyıq.
Bu ərazidəki torpaqlar taxılçılıq üçün əlverişli olsa belə, əkini sərfəli deyil. Təsərrüfat növünü düzgün istiqamətləndirməli, torpağı gəlirli əkinlə məşğul etmək lazımdır. 1 hektarda əkilən çiyələk, kələm, tərəvəz məhsullarından 5-10 min manat əldə etmək olar. 2 növbəli əkin üsulundan istifadə daha sərfəlidir. Baramaçılığın inkişafı üçün ərazinizdə şərait var. Xırmandalının qumsal torpaqlarında əkinin çətin başa gəlməsinə rəğmən ərazidə bir qarış boş sahə qalmayıb. Tütün yığımı indi də davam edir. Sahələrdən 2 ton quru tütün – təqribən 5-6 min manatlıq məhsul götürülüb.
İmkanlı adamlar kəndin abadlaşdırılmasında bələdiyyəyə yaxından dəstək olmalıdır. Bələdiyyə də sakinlərlə işbirliyi yaratmalı, hər bir problemi yerində həll etməyə çalışmalıdır. 10 minə yaxın əhalisi olan bu ərazidə umduğumuz nəticələri görmürük.
RİH başçısı Köhnə Alvadı və Kolatan kəndlərindəki abadlıq-quruculuq işlərini nümunə gətirdi, təhsillə bağlı fikir və tövsiyələrini sakinlərin diqqətinə çatdırdı.
                                           
          Akif AĞAYEV,
          “Yeni həyat”,
  www.yeniheyet.az   
шаблоны для dle 11.2
Вернуться назад