Главная > Manşet / Aqrar > Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul etdi

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul etdi


14-11-2017, 20:29. Разместил: yeni321
Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul etdi
 
27 oktyabr 2017-ci il tarixdə Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Kənd təsərrüfatı naziri Heydər Əsədov Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Heydər Əsədov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, yeni istifadəyə verilmiş rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olublar.
Sonra nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən, fermerlərə güzəştli kreditlərin verilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir Heydər Əsədov Masallı rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.
Görüş zamanı Cəlilabad, Masallı, Lerik, Yardımlı və digər ətraf rayonlardan olan 51 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 1.222.900,00 manat məbləğində 73 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 488.870,0 manat məbləğində güzəşt tətbiq edilib.
Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 17 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim olunub.
“Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.
Qeyd olunub ki, indiyədək “Aqrolizinq” ASC-dən respublika üzrə 8100 istifadəçinin lizinqə götürdüyü 19976 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 181.447.312 manat məbləğində güzəşt tətbiq olunub.
Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar xidmət” qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsini təşkil edib.
Tədbir zamanı etibarlılıq müddəti bitmiş traktor və digər mexaniki vasitələri idarə etmək üçün 100 nəfərə yaxın mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz olunub, 1 nəfər imtahan verərək sürücülük vəsiqəsi alıb.  шаблоны для dle 11.2
Вернуться назад