Главная > Manşet > Şəhid Aqil Məlikov anıldı
Şəhid Aqil Məlikov anıldı14-11-2017, 21:22. Разместил: yeni321 |
Şəhid Aqil Məlikov anıldı 13 noyabr 2017-ci il tarixdə Masallı rayon Böyük Xocavar kəndində Qarabağ uğrunda döyüşlərdə Şəhid olmuş Aqil Qismət oğlu Məlikovun anım günü keçirilib. Tədbiri şəhid Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov açıb igid Aqilin həyat yolundan danışıb, onun döyüş yolunu bütün gənclərə nümunə göstərib. O qeyd edib ki, mənfur düşmənlə döyüşlərdə minlərlə azərbaycanlı gənci şəhid olub ki, onlardan beşi Böyük Xocavar kəndindəndir. Deməli biz şagirdlərimizi vətənpərvərlik ruhinda böyüdə bilmişik. Onun şəhidliyi kəndimizə şöhrət, şəfərdir. Biz belə oğullarla fəxr edirik. O, Vətənə arxa-dayaq oğul idi. Rayon təhsil şöbəsinin nümayəndəsi Əyyar Burhanov, Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Hörmət Balakişiyev, kənd ağsaqqalı, məktəb valideyn komitəsinin sədri Hacı Dövlət Bayramov, dindar Hacı Akif Feyzullayev, “Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev və başaqaları şəhid Aqilin döyüş yolundan, düşmənə qarşı amansız olduğunu söyləyiblər. Məktəblilər şəhidin xatirəsini ədəbi-bədii kompozisiya ilə yad ediblər. Sonra tədbir şəhidin uyuduğu kənd qəbiristanlığında davam edib. Burada şəhidin məzarı üstə gül-çiçək dəstələri qoyulub, ruhuna dua oxunub, “Yasin” surəsi tilavət edilib. Вернуться назад |