Главная > Manşet / Aqrar > Kalinovka kəndində yeni tut bağları salınır

Kalinovka kəndində yeni tut bağları salınır


15-11-2017, 21:00. Разместил: yeni321
Kalinovka kəndində yeni tut bağları salınır
 
15 noyabr 2017-ci il tarixdə əkinə hazırlanmış sahədə 600 ədəd tingin torpağa basdırılmasına başlanmışdır. Masallıda baramaçılığın inkişafı ilə əlaqədar rayonun ərazilərində tut bağları salınmasına diqqət artmışdır. Kalinovka kəndində mövcud olan 9 hektar tut bağında yeni ağaclar əkilməsi, seyrəkliklərin aradan qaldırılması ilə yanaşı bir hektar sahədə tut bağı salınır.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ilk tingi torpağa basdırmışdır. Əkin kompaniyasında kənd sakinləri fəallıq göstərirlər. Rayon rəhbərinin tövsiyəsi və göstərişilə bağdakı köhnəlmiş ağaclar budanacaq, ətrafı şumlanacaq və Viləş çayından bura kanal çəkiləcəkdir. шаблоны для dle 11.2
Вернуться назад