• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Koreyada 2 milyon əcnəbidən seçilən masallılı gənc

    Koreyada 2 milyon əcnəbidən seçilən masallılı gənc


    İki milyon əcnəbidən seçilən azərbaycanlı: "Üç il sonra maaşı qaytarırlar"

    Nihat Xəlilzadə Koreyada yaşayan 200 azərbaycanlıdan biridir. Artıq 10 ildir ki, bu ölkədə yaşayan Nihat burada Azərbaycanın adına az işlər görməyib

    Nigar İsgəndərova, Sputnik Azərbaycan

    Həyat risk edənləri daha çox mükafatlandırır desək, yanılmarıq. Çünki bəzən ani qərar, risk hesab edərək atdığımız addımlar bizə daha çox uğur gətirir. Elə 10 il öncə, yəni 17 yaşında Koreyaya gələrək burada biznes və karyera quran həmsöhbətimiz Nihat Xəlilzadə də hekayəsi uğurlu olan şəxslərdəndir. O, hazırda Koreyada yaşayan 200 azərbaycanlıdan biridir.

    Onunla söhbətə də elə yaş məsələsindən başladıq.

    -  10 ildir ki, Koreyadayam. Burada kimsə mənə yaşla bağlı sual verəndə bir qədər duruxuram. Çünki Koreyada yaş Azərbaycanda olduğu kimi deyil, bir qədər fərqli hesablanır. Koreyada uşaq doğularkən artıq bir yaşlı hesab edilir. Bu səbəbdən Azərbaycana görə, mənim yaşım 27, Koreyaya görə isə 28 hesab olunur.
    - Bir az özünüz, təhsiliniz haqda danışardınız.
    - 1992-ci ildə Masallı rayon Təzə Alvadı kəndində anadan olub, 1997-ci ildə elə burada təhsil almağa başlamışam. 2000-ci ildən etibarən təhsilimi Bakı şəhərindəki Ankara məktəb-liseyində davam etdirmişəm. 2008-ci ildə Qafqaz Universitetində Riyaziyyat və İnformatika ixtisası üzrə ingiliscə pulsuz təhsilə başlasam da, 2011-ci ildə Koreya dövlət təqaüdü qazandığım üçün buradakı təhsilimi yarımçıq qoyub Koreya Respublikasına yollandım. 2011-2012-ci illərdə Koreya dilini Tequ şəhəri Keimyunq Universitetində öyrəndim. Sonra Seulda Koreyanın informasiya texnologiyaları üzrə ən məşhur universitetlərindən biri olan Hanyanq Universitetində Kompüter Elmləri ixtisası üzrə Koreya dilində təhsil almağa başladım.
    - Maraqlıdır, necə oldu ki, birdən-birə Koreyada təhsil almağı planlaşdırdınız?
    - Koreyaya gedişim qəfil oldu. Xaricdə təhsillə maraqlanırdım, bir dostum mənə Koreyaya üz tutmağı məsləhət gördü. Bir gün anama bu haqda danışanda dedi, bəsdir. Bir neçə gün sonra isə artıq onlara sağ ol deyib, üzümü bu ölkəyə tutdum. Digər ölkələrdən fərqli olaraq Koreyaya üstünlük verməyimin səbəbi isə burada oxuyanlara təhsil haqqından əlavə yaşayış üçün aylıq 800 dollar pulun verilməsi idi. Artıq bu zaman ailədən kömək almağa ehtiyac olmur.
    Amma etiraf edim ki, buraya gələndə tamamilə ac qaldığım günlər də oldu. Onda düşündüm, dedim, kaş gəlməzdim. Amma artıq buna peşman deyiləm. Çünki hazırda Koreya Respublikası Seul İcra Hakimiyyəti Xaricilərin Konsulluğunun Vitse-prezidenti, Qanqnam Bələdiyyəsi Qlobal Mərkəzin direktoru kimi çalışıram. Qanqnam və Seulda əcnəbilərlə bağlı müxtəlif problemləri biz həll edirik.
    - Dili necə, çətindirmi?
    - Mənim üçün bu dilin qrammatikası Azərbaycan dili ilə demək olar ki, eynidir. Bu gün Koreya əlifbası dünyanın ən məntiqli əlifbası hesab edilir. Bütün günü Koreya dilində, əcnəbilərlə görüşdə isə ingiliscə danışsam da, 10 ildir burada yaşamağıma rəğmən Azərbaycan dilini yadırğamıram. Bunun üçün müxtəlif yollara əl atıram. Məktəb və universitetlərdə Azərbaycanla bağlı müxtəlif dərslər verirəm. O cümlədən sərgilərdə, təlimlərdə də Azərbaycanla bağlı müxtəlif məlumatlar verirəm. Bu cür dərslər bəzən icra hakimiyyəti, Gənclər Təşkilatı, yaxud da UNESCO tərəfindən maliyyələşdirilir. Bundan əlavə, həm də motivasiya dərsləri keçirəm. Burada məqsəd gəncləri qlobal həyata hazırlamaqdır.
    - Bəs Koreya mətbəxi? Azərbaycan xörəklərinin tez-tezmi xiffətini çəkdirir?
    - Buraya təzə gələndə bəzi dadlar mənə tamamilə yad idi. Onlardan biri də məşhur kimçi salatı (kələm, tərəvəz və souslardan ibarət salat - red.) idi. Onu ilk dəfə yeyəndə həyata nifrət etmişdim. Sonradan məcburiyyət qarşısında qalıb onu da yeməyə başladım. Çünki artıq beşinci il idi ki, burada yaşayırdım.
    Əslində, Azərbaycanda elə bilirlər ki, Koreyada Çində olduğu kimi, ilan, qurbağa yeyirlər. Bu belə deyil. Onların mətbəxlərində bizim yeməklərə uyğun olanları da var. Qədim mətbəxi olan Koreyada xörəklərin çoxu otlardan ibarət olub. Biz isə çox vaxt evdə Azərbaycanın milli xörəklərini bişiririk. Koreyalılar çörək yeyən olmasalar da, bu nemət heç zaman bizim evimizdən əskik olmur.
    - Deyəsən, koreyalılar o qədər də qonaqpərvər deyillər?
    - Koreya xalqı hələ ki, əcnəbilərə açıq deyil. Hər hansı əcnəbi buranın vətəndaşı olduqdan sonra da cəmiyyət tərəfindən asanlıqla qəbul olunmur və ona əcnəbi kimi baxılır. Bizə heç bir güzəşt yoxdur. Çünki Koreya çoxmillətli deyil, təkmillətli xalq olub. Statistikaya görə, burada 50 milyon əhalinin 2 milyon yarımı əcnəbidir. Bu 2 milyon 500 min arasında seçilmək imkanı olsa, bu zaman çox böyük uğurlar əldə etmək olar. Amma ümid edirəm ki, yaxın 5-10 ildə ölkədə vəziyyət dəyişəcək. Çünki artıq burada insanlar övlad planlaşdırmaq, cütlüklər isə ailə qurmaq istəmirlər. Belə olan halda əhalinin sayı azalacaq və əcnəbilərə ehtiyac duyulacaq. Bu zaman ailəli, övladı olan əcnəbilərə daha çox üstünlük veriləcək.
    - Dünyanın ən bahalı beş şəhərindən biri olan Seulda əmək haqqı necədir, ehtiyacları qarşılamaq mümkün olurmu?
    - Burada arzuolunmaz suallardan biri məhz əmək haqqının nə qədər olması ilə bağlıdır. Amma Azərbaycanla müqayisədə maaşlar ehtiyacları qarşılayır. Burada bir saat üçün veriləcək ən aşağı əmək haqqı 8 dollardır. İllik olaraq orta maaş isə 35 min dollardır. Bu maaş isə rahat yaşamağa, ehtiyacları qarşılamağa imkan verir.  Koreyada əmək haqqı Azərbaycandan qat-qat yüksəkdir. Amma bir çətinlik də var. Azərbaycanda meyvəni kilo ilə, burada isə dənə-dənə alırıq.
    - Burada işə düzələrkən hansı yaşda olan şəxslərə daha çox üstünlük verilir?
    - Koreyada ən işlək əhali 30-35 yaş təbəqəsində olanlardır. Amma buna baxmayaraq, bu ölkədə, demək olar ki, əhalinin hər bir yaş təbəqəsi üçün xüsusi güzəştlər var. Məsələn, 65 yaşda pensiyaya çıxdıqdan sonra onlar üçün ictimai nəqliyyat pulsuz olur. Bundan başqa, hökumət tərəfindən həmin şəxslərə müxtəlif texnoloji bacarıqlar öyrədilir. Bu şəxslərə yeni şirkətlərdə işə girmək üçün şanslar yaradılır.
     - Bu 10 il ərzində gördüyünüz işlərdən də danışardınız.
    - Buraya gələndə, yəni tələbəliyimin ilk illərində, məşhur Maraş dondurmasından satıb saatına 6 dollar qazanırdım. Bu mənim ilk gəlirim idi, 3 saata 18 dollar qazanmışdım. Təhsil aldığım müddətdə isə özüm burada "Baku" adlanan bir restoran da açmışdım. Bu restoran 3 universitetin əhatəsində idi. Restoranımıza ən çox müraciət edənlər isə ruslar idilər.
    Sonrakı illərdə Azərbaycan-Koreya əlaqələrini özündə ehtiva edən şirkət açdım. Azərbaycana idxal-ixracla da məşğul olmuşam. Lakin artıq bu işlə məşğul deyiləm. Çünki bunun üçün həm vaxtım yoxdur, həm də işi böyütmək məsələsi bir qədər çətindir. Burada böyük bizneslərin qurulması üçün tamamilə formalaşan bir bazar yoxdur.
    Artıq təhsilimi bitirəndə işim vardı. Mən Seul Şəhər Planlaşdırılması İdarəsinin 120 nəfərdən ibarət heyətində tək əcnəbiyəm. Bu planlaşdırmada məqsəd isə Seulun 2040-cı ilədək əhalinin istək və arzularına uyğun bir şəhərə çevrilməsidir. Bunun üçün sorğu da keçirilib, hazırladığımız planlaşdırma işləri də yekunlaşmaq üzrədir. Onu icra başçısı şəxsən özü gələrək qiymətləndirəcək.
    - Magistr diplom müdafiəsi üçün mövzunuz nədir?
     - Sunqşil Universitetində İnformasiya Texnologiyaları və Menecment üzrə magistr təhsili alıram. Təhsilimi yekunlaşdırmaq üçün bir araşdırma etməliyəm. Onun mövzusu isə hazırda Koreyada immiqrasiya sistemi və bunun inkişafı üçün planlaşdırma işləridir.
     - İki ölkə arasında biznesin qurulması üçün imkanlar varmı?
    - Məncə, bunun üçün elə də geniş imkanlar yoxdur. Buna təəssüf edirəm.
    - Azərbaycanla bağlı olan nə üçün daha çox darıxırsınız?
    - Azərbaycanın adət-ənənələri gözəldir. Burada ailəmlə birgə qalsam da, hər zaman bu ənənələrə sadiq olmağa çalışıram. Məsələn, Azərbaycandan fərqli olaraq burada yaşlılara yol vermirlər. Bəzən bu cür şeylər üçün də çox darıxıram.
    - Fərqli olan nədir?
    - Mənim üçün əsas fərq zaman amilinə bağlıdır. İki ölkə arasında hiss etdiyim ən böyük fərq odur ki, Azərbaycanda vaxtın çox olduğunu, zamanın gec keçdiyini düşünürsən, amma Koreyada belə deyil, vaxt sürətlə gedir. Siz Koreyada kimisə boş-bekar oturan görə bilməzsiniz. Koreyanın müxtəlif şəhərlərində, xüsusən də Seulda həyat çox dinamikdir. Bu isə çox müsbət tendensiyadır. Hər bir insan durmadan özünü inkişaf elətdirə bilir. Burada insanlar sıfırdan başlayaraq nə zamansa böyük uğur qazanacaqlarına inanırlar. Azərbaycanda isə gənclər arasında mən bu inamı görə bilməmişəm. Burada əhali boş vaxtlarında kitab oxumağı, nəsə fayda verə biləcək bir işlə məşğul olmağı çox sevir.
    - Koreya tələbələr üçün mükəmməl ölkə hesab edilə bilər, deyirlər...
    - Burada hansısa şirkət yenicə məzun olan bir şəxsi işə götürdükdə o zaman büdcəsi olmadığı halda, bunun üçün dövlətdən yardım ala bilir. Məsələn, şirkətdə işləyən tələbənin maaşı 3 min dollardırsa, bu zaman onun yarısı dövlət, digər hissəsi isə şirkət tərəfindən ödənilir. Beləcə, şirkət xərclərinə qənaət etmiş olur, dövlət isə gəncləri işə təşviq edir. Onlar ixtisaslaşdığı üçün artıq müəyyən müddətdən sonra özləri üçün nəsə qura bilirlər.
    Ümumiyyətlə, burada gənclərin, tələbələrin probleminin həlli üçün proqramlar var. Bu proqramların yaradılmasının səbəbi odur ki, gənclər işə qəbul olunduqdan müəyyən müddət sonra həmin işdə işləmək istəmirlər. Bu isə şirkət üçün böyük ziyan deməkdir. Dövlət bu problemin həlli üçün yeni proqram təqdim edərək qeyd edir ki, əgər bir şirkətdə 3 il işləsəniz, o zaman 3 il ərzində aldığınız maaş sonradan sizə "geri qaytarılacaq". Yəni həmin şəxs 3 ildən sonra aylıq olaraq artıq ikiqat maaş almağa başlayır.




    Nigar İsgəndərova,
    Sputnik Azərbaycan

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 21:49 Prezident İlham Əliyevin bir neçə ölkənin rəhbəri ilə görüşü olub
    2. 19:44 Masallı RİH başçısının Qızılavar ərazisində səyyar görüş-qəbulu
    3. 17:07 Masallıda abituriyentlərlə bağlı layihə uğurla davam edir
    4. 18:21 Masallı taekvondoçuları Ümumrusiya turnirində 3 medal qazanıblar
    5. 17:58 Masallıda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi
    6. 21:10 İndoneziyadakı səfirimiz Masallıdandır
    7. 19:47 Masallıda inşa-yazı müsabiqəsi keçirilib
    8. 19:28 Masallının təsərrüfat xəbərləri
    9. 16:33 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    10. 09:30 Koreyada 2 milyon əcnəbidən seçilən masallılı gənc
    11. 08:26 Masallıda peşə təmayüllü siniflər yaradılıb
    12. 08:23 Masallı RİH başçısının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar görüş-qəbulu
    13. 18:15 “Heydər Əliyev və Masallı”
    14. 08:27 Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib
    15. 16:23 “İnsan alveri cinayətlətlərinin profilaktikasında ictimaiyyətin rolu”
    16. 11:24 MASALLIDA XEYİRXAH AKSİYALAR GENİŞLƏNİR
    17. 10:41 Türkiyəli məşhur yazıçının əsəri Masallıda səhnəyə qoyulacaq
    18. 08:59 Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
    19. 10:51 Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
    20. 10:42 Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
    21. 09:11 MÜƏLLİM ÖMRÜ HƏR ÖMÜRDƏN UCADIR
    22. 09:02 Masallıda “5 Oktyabr - Müəllimlər günü” qeyd edilib
    23. 14:28 Masallı şəhər Ağsaqqallar klubunda "Müəllimlər günü" münasibətilə tədbir keçirilib
    24. 09:35 Masallı RİH başçısının Hişkədərə ərazisində səyyar görüş - qəbulu
    25. 16:42 Erməni təxribatı nəticəsində həlak olan mülki şəxs Masallıda dəfn olundu
    26. 08:08 Nəsiminin 650 illiyi ilə bağlı Masallıda tədbir keçirilib
    27. 10:06 Masallıda "İstedadlara dəstək" layihəsi çərçivəsində seçim turu keçirilib
    28. 08:05 Dünya Bankının Regional Direktoru cənab Sebastian Molineus Masallıda
    29. 08:46 Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
    30. 08:52 Masallıda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
    31. 08:51 Masallı RİH başçısının Boradigah ərazisində səyyar görüş-qəbulu
    32. 09:57 Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    33. 08:57 Masallıda “İdeya dolu gənclik” mövzusunda təlim keçirilib
    34. 08:51 Masallının təsərrüfat xəbərləri
    35. 08:36 Masallı karateçiləri ölkə birinciliyində 3 medal qazanıb
    36. 08:40 "Heydər Əliyev və neft strategiyası"
    37. 08:39 Masallıda “Məntiq-2019” intellektual bilik yarışı keçirilib
    38. 08:33 “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər günü
    39. 11:08 Masallıda gənc müəllimlərlə görüş
    40. 09:53 Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Bütün xəbərlər
    «    Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ