Masallıda "Eko klub"un növbəti aksiyası
- 25-04-2021, 13:06
- Maraqlı
- 0
- 843

Təbiəti qoruyaq
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin nəzdində fəaliyyət göstərən "Eko klub"un üzvləri növbəti "Trashtag" aksiyasını rayonun İsi kəndi ərazisində keçiriblər.
Təmizlik aksiyası çərçivəsində gənclər ərazidəki tullantıları toplayaraq təbiətə yeni nəfəs veriblər.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ictimaiyyəti ekoloji problemlərin həllinə yönəltməklə vətəndaşları təbiəti və ətraf mühiti qorumağa sövq etməkdir.




Akif Ağayev,
www.yeniheyet.az