Azərbaycanın sərhədləri etibarlı əllərdədir
- 18-08-2022, 19:52
- Maraqlı
- 0
- 242
Avqustun 18-də Masallı rayon Mərkəzi Kitabxanasında “18 avqust Sərhəd Qoşunları Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxana əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. O, diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb.
Sonra tədbirdə məruzə edən kitabxananın digər əməkdaşı Rasif Dadaşov Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması prosesləri haqqında danışaraq vurğulayıb ki, ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərərək, milli sərhəd siyasətinin əsasını qoyub, sərhəd strategiyasını müəyyənləşdirib.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az