• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 76 il sonra ata məzarının ziyarətində

    76 il sonra ata məzarının ziyarətində



    76 il sonra ata məzarının ziyarətində
     
    Müharibə başlayanda Həsənin 6 yaşı vardı. Bir gün atası Mirkazım işdən tez və
    yorğun qayıtdı. Ömür-gün yoldaşı Gülşənin ürəyinə şübhələr doldu: Görəsən kişi niyə belə pəjmürdədir, yəqin dəyintisi olub. Sonra çayını, çörəyini verdi. Axşamüstü Kazım Gülşəni çağırıb dedi:
    -Səhərə pal-paltarımı hazırla, yola da yeməyə bir şey qoy, uzaq səfərim var.
    Gülşənin damarlarında qanı dondu. Deməli Kazım davaya gedir. Gün-güzəranın belə çətin məqamında məni kimin ümidinə qoyacaq. Allah, Hitlerin tifaqını dağıt, hələ müharibə təzə başlayıb, kənddə neçə qapını qara kağız döyüb.
    Mirkazımın səsi onu xəyaldan ayırdı:
    -Nə çox fikrə getdin, arvad, bir ay belə, beş ay elə, axır mənə də növbə çatasıydı. Allah kərimdir. Hamı necə, mən də elə. Bir neçə aya gəlib çıxıb Mozdoka. Hitlerin quduzluğunun qarşısı alınmalıdır. Uşaqları sənə tapşırıram, nəsildən bir başıpapaqlı qalmayıb. Darıxıb özünü üzsən uşaqların qeydinə kim qalacaq.
    Deyirlər Mir Kazım o gedən oldu. Nə məktubu gəldi, nə də bir xəbər-ətər çıxdı.
    Gülşən hər gün səhər evdən çıxıb bicara, buğda alağına gedər, axşamüstü ümidlə qayıdardı ki, bəlkə Kazımdan bir soraq çıxdı. Qadının gücü çatmadığı işlər Gülşən ananın xəstələnməsinə səbəb oldu. Müharibə isə bitmirdi. Çox keçmədi ki, dunyasını dəyişdi. Mir Həsənin ağrılı günləri başlandı. Bacısı Züleyxanı 5 yaşında Masallıdakı uşaq evinə aparmaq məcburiyyətində qaldı. Özü isə yaşamaq üçün gücü çatmayan işlərdən yapışırdı. Bir gün bacısını görmək üçün rayon mərkəzinə gəldi, dedilər ki, uşaqları Şuşaya yola salıblar. Bu dərdi 1959-cu ilə qədər ürəyində gəzdirdi Mir Həsən. Atasının itkin düşməsi, anasının vaxtsız dünyasını dəyişməsi, yeganə təsəllisi olan bacısından ayrılması ürəyində düyünlənmişdi.
    Ötən əsrin 50-ci illərində Bədəlanda çay fabrikinin tikintisinə başlananda Həsən Cəfərov burada çayçı işləyirdi. Həmkəndlisi Şükufə ilə ailə qurmuşdu. Bir gün Qürbət müəllim Seyid Həsənin yanına gəlib dedi ki, Şuşaya getmişdim. Sanatoriyanın klubunda üç məktəbli qız şeir söyləyir, mahnı oxuyurdu. Dedilər uşaq evindən gəliblər. Maraqlandım, onlardan biri Masallıdan idi. Adı da Züleyxa. Qızı sorğu-sual etdim. Heç nəyi xatırlaya bilmədi. Bu soraqdan sonra Həsən bacısını görmək üçün Qürbət müəllimlə Şuşaya yola düşdü. Bacı-qardaş bir-birini tanımasalar da Züleyxanı şərtlərlə kəndə gətirdilər. Züleyxa evlərinin qarşısındakı çayı görən kimi qardaşının boynuna sarıldı:
    -Xatırladım, bura evimizdir, - dedi. Züleyxa böyüdü, bir gün Sumqayıta gedib uşaq evində bir yerdə boya-başa çatmış Ənvərlə ailə qurdu. Seyid Həsən onlara xeyir-dua verib kəndə qayıtmışdı.
    Ömür-gün yoldaşı Şükufə ilə dünyaya 12 uşaq gətirib böyüdürdü. Ata həsrəti isə Seyid Həsənə rahatlıq vermirdi. Müharibədən qayıdanlardan soraq tuturdu. Kənddə onlarca gəncin ölüm xəbəri gəlmişdi. Mir Kazımdan isə xəbər verən olmamışdı. 1970-ci ildə boradigahlı hərəxanaçı Cəlil Mirhəsənə atası ilə bir yerdə vuruşmasını, bombardman zamanı Varonkovada həlak olmasını söyləmişdi. Mir Həsən bu barədə Azərbaycan televiziyasındakı “Hünər” hərbi vətənpərvərlik verilişinə yazdı. Ancaq buradan da ümidverici məlumat ala bilmədi.
    Odlu-alovlu illərdən bizi 76 il ayırsa da ata həsrəti Mir Həsənin qəlbində qübar bağlamışdı. İndi onun 12 övladı, 36 nəvəsi, 18 nəticəsi olsa da bu niskillə yaşayırdı.

     
    Hacı Mir Həsənin oğlu Mir Əşrəfin dediklərindən:
    -Babamdan heç bir yadigar qalmamışdı. Atam həmişə onu xatırlayıb kövrəlirdi. Bilirəm sağ deyil, ancaq heç olmasa qəbrini tapım, atamın iyini torpağından alım, türbətindən götürüb vətənə gətirim, – deyərdi. Mən dostlarımdan birinin köməyilə Rusiya Federasiyasında hərbi sayta mesaj göndərdim. Məlumat aldıq ki, Cəfərov Kazım Mirnağı oğlu Taqanroq yaxınlığında Varonkovada deyil, Primorka qəsəbəsindəki qardaşlıq qəbiristanlığında dəfn olunub. 416-cı Taqanroq diviziyasında vuruşub. 2017-ci ilin mayın 27-də həmin kənddə oldum. Kənd inzibati idarəsinin sədri İrina Yuriyevna ilə görüşüb məqsədimi bildirdim. Onunla qəbiristanlığa getdik. Ancaq babamın məzarını tapa bilmədik. O, mənə kənddəki məktəblə əlaqə saxlamağı məsləhət gördü. Hərbi vətənpərvərlik məsələləri ilə məktəb məşğul olur, -dedi. Məktəb direktorunun müavini Mariya Aleksandrovna məqsədimi bilib, dedi ki, qəbiristanlıqda onlarca azərbaycanlı uyuyur. Onların xatirəsini həmişə əziz tuturuq. Axı onlar torpaqlarımızı mənfur düşməndən qoruyarkən əbədiyyətə qovuşublar.
    Burda naməlum qəbirlər çoxdur. Böyük bir lövhədə 350 nəfərdən çox əsgərin adı vardı. Ürək döyüntüsü ilə adları oxuyurdum. Nəhayət, babamın da adı, soyadına rast gəldim.
    Bu xəbəri atama telefonla verdim. Necə hıçqırdığı indi də qulağımdadır. Sonra atam dedi ki, bala, sevincimdən ağladım. Elə bildim ki, atamı öz əlimlə dəfn etmişəm.
    Bu il mayın 9-da Qələbə günü Hacı Mir Həsən övladları Mir Əşrəf, Mir Seyid, Leyla, nəvəsi Rafiqlə 76 illik ayrılıqdan sonra bir ovuc Vətən torpağından götürüb atasının məzarının ziyarətinə getdi.
     
    Seyid Həsən Cəfərovun dediklərindən:
    – Primorka qəsəbəsi bayramsayağı bəzədilmişdi. Gözəl təbiətli kəndin küçələrində bayraqlar dalğalanırdı. Ancaq mən öz aləmimdə idim. Bir anlıq mənə elə gəldi ki, səmada düşmən təyyarələri uçur, kəndi bombalayır. Tankların uğultusu, avtomatların şaqqıltısı məni özümdən ayırmışdı. Düşünürdüm ki, bu saat atam məni düşməndən qorumaq üçün irəli atılacaq, güllələrdən qorumaq üçün sinəsini sipər edəcək. Necə cəsarətli insanlar varmış ki, bu od-alovun içində ölənləri bir yerə yığıb dəfn edə biliblər. Adlar, dəqiq ünvanları göstərməklə...
    Kövrəldim ki, 76 il ata üzünə həsrət qalmışam, onun nəvazişini görməmişəm, bu gün daşlaşmış adını mərmər lövhələrdə görəcəyəm. Sevinirdim ki, salamat qalıb ömrümün 84-cü ilində ata məzarının ziyarəti mənə qismət olub.
    İlk öncə məni mərmər lövhənin qarşısına aparıb atamın adını göstərdilər. Göz yaşları içində əlimi bu adın üstünə qoyub oxşadım. Kiçik yaşlarımda atam başıma beləcə sığal çəkərdi. Lövhədəki adlar gözümün önündə dalğalanırdı. Sanki onların ruhu gəlişimdən sevinirdi.
    Sonra gənclər növbə ilə şeir deyib, mahnı oxudular. Aparıcı toplaşanları ötən günlərə qaytardı. Müharibə şahidləri az idi. Onların da çoxu göz yaşlarına hakim ola bilməyən qoca qadınlardı.
    Aparıcı atam Mir Kazımın bu qəsəbənin müdafiəsində igidlik göstərib həlak olmasını, oğlunun belə şanlı bir gündə məzarının ziyarətinə gəldiyini söyləyəndə alqış sədaları səmaya ucaldı. Mənə söz verildi. Kövrəlmişdim, çətin danışırdım. Tərcüməçi fikirlərimi onlara çatdırırdı. Mən xalqımızın etibarından, dar gündə dosta arxa olmağından, bu gün Qarabağda gənclərimizin şəhidliyindən danışdım.
    Müharibənin dəhşətlərini görən bir qadın 416-cı Taqanroq diviziyasının hünərindən danışıb, Azərbaycanın qəhrəmanlıqlarla dolu tarixinə səyahət etdi.
    Tədbirdən sonra Taqanroqa getdik. Hərbi parad keçirilmişdi. Taqanroqda təşkil edilmiş muzeydə də olduq. Muzey əsasən müharibə illərindəki silah-sursata, ön və arxa cəbhədə həlak olanlara həsr edilmişdi.
    Mayın 14-də Bədəlana dönən Mir Həsən az qala bütün kəndin həyətinə yığışdığının şahidi oldu. Ertəsi gün atasının ruhuna ehsan verildi, “Qurani- Kərim” tilavət olundu. İllər boyu ata həsrəti ilə yaşayan, heç olmasa məzarının harada, hansı kənddə olduğunu bilib ziyarətinə qovuşan Mir Həsən mənən sakitlik tapdı. Sevinirdi ki, həyatda iki itkisini tapmışdı: bacısı və atası. Övladlarının babalarının məzarını tapmaqdan ötrü çoxillik zəhmətinə təşəkkür etdi. Qonşusu Hacı Həmdulla müəllim müharibədə həlak olan Mir Kazım kişi haqqında, 76 il atasına həsrət qalıb həyatın neçə-neçə ağır məşəqqətli məqamını yaşayan Mir Həsən kişi barədə xatirələrini söylədi.
    Bəli Mirkazım kimilərin qəhrəmanlıq ruhu bu gün gənclərimizin həyat idealıdır,  hünər və cəsarət çağırışıdır ki, bu, Qarabağ döyüşlərində sınanır, 2016-cı il Aprel döyüşlərində bu ruhların çağırışı erməni təxribatını dəf etməyə, düşməni geri oturtmağa, ən mühüm obyektləri geri almağa səbəb oldu.
                                                                                                  Həsənağa ƏLİYEV.
                                                                                                Yeni həyat”,
                                                                                
    www.yeniheyet.az 
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:45 Masallının Məmmədoba və Miyənkü kəndlərində tibb və həkim məntəqələrinin açılışı olub
    2. 23:55 Masallıda Milli Qurtuluş Günü qeyd edilib
    3. 18:55 Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Son zəng”
    4. 18:48 Bayram günləri “ASAN xidmət” işləyəməyəcək
    5. 18:45 Prezident İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    6. 18:30 Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi
    7. 21:33 Masallı rayonunda “Son zəng” tədbirləri keçirilib
    8. 17:28 Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki
    9. 17:22 Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
    10. 17:12 Masallı şəhər Uşaq-İncəsənət Məktəbində hesabat konserti
    11. 21:16 Masallıda istehlakçı hüquqları ilə bağlı təlim keçirilib
    12. 20:12 Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Prezidentin Sərəncamı
    13. 19:53 Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində iştirak edib
    14. 19:45 Prezident İlham Əliyev Əskişəhərdə Ukrayna Prezidenti Petro Poroşenko və BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
    15. 17:23 Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür
    16. 15:27 Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
    17. 17:44 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib
    18. 11:29 Prezident İlham Əliyev Bolqarıstanın, Perunun və Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
    19. 21:52 Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib
    20. 21:25 Sağlamlığınız üçün Azərbaycana gəlin!
    21. 21:14 Masallıda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib
    22. 16:16 Masallıda “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb
    23. 15:01 "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" Masallıda Forum keçirib
    24. 13:56 Eksponatlarda yaşayan tarix
    25. 22:51 Masallıda “Milli mənəvi dəyərlərimiz, adət və ənənələrimiz xalqımızın sərvətidir” mövzusunda konfrans keçirilib
    26. 17:16 Masallı RİH başçısının Sərçuvar və Bədəlan ərazilərində səyyar görüş-qəbulu
    27. 23:22 Masallı məktəblisi ölkə üzrə 5 “Ədəbiyyat biliciləri” sırasında
    28. 14:30 ABŞ-ın Azərbaycandakı səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb
    29. 18:10 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür
    30. 18:07 Gözdən yaş çıxarmı ürək yanmasa...
    31. 18:03 Azərbaycan beynəlxalq festivalda təmsil olunub
    32. 18:01 Bu gün Bakıda dünya çempionatı start götürür
    33. 17:15 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub
    34. 17:09 Prezident İlham Əliyev Naftalana səfər edib
    35. 17:05 Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib
    36. 21:24 Heydər Əliyev Mərkəzində "Moda məkanı" sərgisi açılıb
    37. 16:34 Murmanskda Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş tədbirlər keçiriləcək
    38. 16:06 Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir
    39. 15:49 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib
    40. 15:47 İyunun 14-də “Son zəng” çalınacaq
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyun 2018    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ