Главная > Maraqlı > Xəstəliyin şəkillə tanınması texnologiyası hazırlanıb
Xəstəliyin şəkillə tanınması texnologiyası hazırlanıb25-11-2017, 12:51. Разместил: yeni321 |
Xəstəliyin şəkillə tanınması texnologiyası hazırlanıb Alimlər mühəndis və proqramçılarla birgə insanın fotosuna əsasən onun xəstəliyini müəyyən etməyə imkan verən “VisualDx” mobil proqramını yaradıblar. Yeni proqram barədə “Apple” korporasiyasının rəhbəri Tim Kuk bu yaxınlarda müsahibəsində məlumat verib. Vistanews.ru saytına istinadla xəbər veririk ki, “VisualDx” texnologiyası maşın təliminə əsaslanır. Proqram insanın dərisinin vəziyyətini və xəstəliyini müəyyənləşdirmək qabiliyyətinə malikdir. “VisualDx” proqramı hələlik həkimlər tərəfindən istifadə olunur. Onlar bu proqramı sınaqdan keçirirlər. Lakin istənilən şəxs bu mobil tətbiqi “Google Play” və ya “AppStore” proqramlar mağazasından yükləyə bilər. Вернуться назад |