Главная > Maraqlı > Estoniyada darçın ətirli milad poçt markası istehsal ediləcək

Estoniyada darçın ətirli milad poçt markası istehsal ediləcək


25-11-2017, 18:02. Разместил: yeni321

Estoniyada darçın ətirli milad poçt markası istehsal ediləcək


Estoniyanın “Omniva” poçt müəssisəsi bu il darçın ətirli milad poçt markası istehsal edəcək. Markanın tirajı təxminən 1,5 milyondur.
AZƏRTAC xəbər ki, dörd markadan ibarət dəsti rəssam İndrek İlves tərtib edib. Cəmi 350 min dəst çap ediləcək. Bir dəstin qiyməti 3 avrodur. Markaların satışından əldə olunan vəsait SOS Uşaq Kəndini dəstəkləməyə yönəldiləcək.
“Omniva” müəssisəsinin poçt biznesi sahəsi üzrə direktoru Mari Allese deyib: “Ötən il müəssisənin istehsal etdiyi zəncəfilli peçenye ətirli poçt markaları o dərəcədə məşhur oldu ki, Milad bayramınadək artıq satılıb qurtardı. Bu səbəbdən biz ətirli milad markaları buraxılması ənənəsini davam etdirmək qərarına gəldik. Ötən ildəkindən fərqli olaraq builki markaların xüsusi görünüşü var”.
Dəstin bütün markaları müxtəlif formadadır. Məsələn, dəstə küknar ağacı və yolka oyuncağı şəklində markalar daxildir. Dəstə, həmçinin zərfi bəzəmək üçün 2 ədəd yarlık və xaricə açıqca göndərmək nəzərdə tutulan halda istifadə olunacaq 2 ədəd “PAR AVION” yarlıkı daxil edilib.шаблоны для dle 11.2
Вернуться назад