Главная > Maraqlı > Azərbaycanın ən yaşlı sakini – Mirzadə nənə

Azərbaycanın ən yaşlı sakini – Mirzadə nənə


1-03-2019, 20:57. Разместил: yeni321
Azərbaycanın ən yaşlı sakini 
 
Ölkənin ən yaşlı sakini cənub bölgəsindəndir. 103 yaşı var. Bir əsrdən çox yaşı olan Mirzadə Cabbarova Lənkəranın Sütəmurdov kəndində yaşayır. 1916-cı ildə Masallı rayonunun Sığdaş kəndində anadan olan Mirzadə nənənin valideyinləri də uzunömürlü olub. Atası Mirabdulla Ağayev 103, anası Mərziyə isə 108 il ömür sürüb.
Mirzadə nənə dərmanlarla deyil, türkəçarə ilə müalicə olunduğunu deyir: ”15 yaşından 70 yaşına kimi kolxoz-sovxoz təsərrüfatında çalışmışam. Yaxşıyam, səhhətimdə heç bir problem yoxdur. Yalnız gözlərim zəif görür, lakin ev işlərində övladlarıma yardım edirəm. Kəndin bütün xeyir-şər məclislərinə gedirəm. Düzgün qidalanıram. Bitki çaylarından, xüsusən də bağayarpağı çayından istifadə edirəm. Ömrüm boyu süd məmulatları ilə qidalanmışam. 5 övladım, 10 nəvəm, 18 nəticəm, 5 kötücəm var. Həyat yoldaşım, övladlarımın bir neçəsi dünyasını dəyişib...”
Mirzadə Cabbarova AMEA-nın açıqlamasına görə ölkəmizdə ən yaşlı şəxs hesab olunur.
  
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад