Главная > Maraqlı > MASALLIDA XEYİRXAH AKSİYALAR GENİŞLƏNİR

MASALLIDA XEYİRXAH AKSİYALAR GENİŞLƏNİR


8-10-2019, 11:24. Разместил: admin44

 
MASALLIDA XEYİRXAH AKSİYALAR GENİŞLƏNİR

Masallı şəhərində, kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri anbaan sürətlənir.
Masallı Rayon İcra Hakimiyyəti başçısının hər həftə ərazilərdə keçirdiyi səyyar görüş-qəbullarda verdiyi tövsiyə və təşəbbüslər diqqətlə dinlənilir, camaat tərəfindən həyata keçirilir.
Sakinlər xeyirxah aksiyalara qoşulur, hər kəs yaşadığı ərazinin təmizlənməsinə, daha gözəl olmasına çalışır. Buna misal olaraq Kolatan, Təzə Alvadı, Çaxırlı, Qasımlı, Xıl, Gəyəçöl və başqa kəndləri nümunə göstərmək olar.
Artıq rayonun Qarğalıq ərazisinin Eminli kəndində xeyirxah işlərə start verilib. Sakinlər kəndara yolların təmirinə başlayıblar. Bir kilometr məsafədə yola çınqıl döşənib. Bu işdə Ənvər Kərimov, Sücayət Eminov, Elnur Həsənov və başqaları xüsusi fəallıq göstərirlər.
Xeyirxah aksiyaçılar yaxın günlərdə ərazidə yolların işıqlandırılmasına başlayacaqlar.

“Yeni həyat”,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад