Главная > Maraqlı > Masallıda Mülki Müdafiə mövzusunda müşavirə keçirilib
Masallıda Mülki Müdafiə mövzusunda müşavirə keçirilib26-11-2019, 16:40. Разместил: yeni321 |
Mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması və maarifləndirilməsi Noyabrın 26-da Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası FHN-nin Cənub Regional Mərkəzi Mülki Müdafiə İdarəsinin təşkilatçılığı ilə "Masallı rayonunda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş işlərin yekunları və 2020-ci tədris ilində qarşıda duran vəzifələrin müəyyən edilməsi” mövzusunda müşavirə keçirilib. Yığıncaqda icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini,rayon fövqaladə hallar komissiyasının sədri Nadir Abıyev bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu müşavirə mülkiyyət formasından asılı olmayaraq rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə mülki müdafiə işinin təşkili, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması, eləcə də ehtimal olunan fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması istiqamətində birgə fəaliyyətin təşkili məqsədilə keçirilir. Cənub Regional Mərkəzin Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Araz Hüseynov, Tədbirlər Planlarının planlaşdırılması şöbəsinin rəisi, kapitan Renad Nuriyev çıxış edərək bildiriblər ki, toplantının təşkilində əsas məqsəd qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı FHN-in regionda fəaliyyət göstərən qurumları ilə rayonun aidiyyəti idarə, təşkilat və müəssisələri arasında qarşılıqlı fəaliyyətin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsidir. Tədbir zamanı mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması ilə bağlı məruzə edilmiş, suallar cavablandırılmışdır. Sonda müvafiq idarə, təşkilat və müəssisə rəhbərlərinin təklifləri dinlənilib, mərkəz rəhbərliyi tərəfindən qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |