Главная > Maraqlı / Manşet > Ərkivanda xeyirxah aksiya

Ərkivanda xeyirxah aksiya


28-08-2017, 15:16. Разместил: yeni321
Ağsaqqallar klubunda Masallı rayonunun əksər kəndlərindən gəlmiş imkansız insanlara (35-40 ailəyə yaxın) pulsuz pal-paltar, müxtəlif geyim əşyaları, dərs ləvazimatları təqdim edilib.
 Bu xeyriyyə kampaniyası bir qrup yardımsevər tərəfindən təşkil olunub.
 Azərbaycan Uşaqlar Birliyinin regionlar üzrə şöbəsinin müdiri Nigar Bayramlı deyib: “Xeyirxah insanlar sağ olsunlar ki, aksiyaya dəstək verirlər. ASAN Xidmətin könüllüləri  də bu işlərdə bizə yardımçı olurlar. Bu tədbir ardıcıl olaraq il ərzində davam edəcək.
 Ərkivan qəsəbə bələdiyyəsinin üzvü, qəsəbə uşaq bağçasının tərbiyəçisi Fidan Abbaslı bildirib ki, aksiya hər ay keçirilir. Bu ilin may ayından bu layihəyə start verilib. Ötən müddət ərzində həm müraciət edən imkansız insanlara paltar götürmək imkanı yaradılır, həm də xeyirxah insanların gətirdikləri paltarlar qəbul edilir.
 Bütün xeyirxah insanlara təşəkkürünü bildirən təşkilatçılar ümidvardırlar ki, onlar fəaliyyətlərini daha da genişləndirəcəklər.шаблоны для dle 11.2
Вернуться назад