Главная > Maraqlı > “SpotMini” robotunun yeni versiyası

“SpotMini” robotunun yeni versiyası


1-12-2017, 23:12. Разместил: yeni321
“SpotMini” robotunun yeni versiyası təqdim edilib

ABŞ-ın “Boston Dynamics” şirkəti “SpotMini” robotunun yeni, təkmilləşdirilmiş versiyasını təqdim edib.
Yaponiyanın “SoftBank” telekommunikasiya korporasiyasına aid olan ABŞ-ın “Boston Dynamics” şirkəti vaxtaşırı robotların yeni versiyalarını təqdim etməklə öz fəaliyyətinə diqqət çəkir. Kiçik, dördayaqlı “SpotMini” robotu ilk dəfə 2016-cı ildə təqdim olunub. O, 2015-ci ildə nümayiş etdirilən “Spot” robotunun təkmilləşdirilmiş versiyası idi. “SpotMini” əl-manipulyatorunun köməyilə sadə məişət məsələlərini yerinə yetirə bilirdi.
Şirkət bu yaxınlarda “SpotMini”nin yeni versiyasını təqdim edib. Parlaq sarı rəngdə olan robot öz sələflərinin daha təkmilləşdirilmiş versiyasıdır. Konstruksiya və mexanizmlərin daxili elementlərini dekorativ panellər örtür. Yeni robotun hərəkətləri daha səlis və mükəmməldir.
"Naked-science.ru” saytına istinadla xəbər veririk ki, yeni nəsil robotun imkanları haqqında hələlik geniş məlumat verilməyib.шаблоны для dle 11.2
Вернуться назад