Главная > Maraqlı > Kənd qadınlarının koronavirusla mübarizəyə sosial dəstək aksiyaları
Kənd qadınlarının koronavirusla mübarizəyə sosial dəstək aksiyaları15-05-2020, 18:16. Разместил: yeni321 |
Kənd qadınlarının koronavirusla mübarizəyə sosial dəstək aksiyaları Azərbaycan Kənd Qadınları Assosiasiyasından (AKQA) verilən məlumata görə COVID-19 pandemiyasına qarşı mübarizədə respublikanın 14 rayonunda (Balakən, Zaqatala, İsmayıllı, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Beyləqan, İmişli) fəaliyyət göstərən 32 Qadın İnkişaf və Müəssisə (QİM) Qrupu Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına qoşularaq sosial baxımdan həssas əhali qrupuna aid edilən insanlara dəstək aksiyalarını davam etdirir. Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, Koronavirusla mübarizə çərçivəsində martın 20-dən başlayaraq Neftçala, Saatlı, Balakən, Beyləqan, Bərdə, Masallı, Lənkəran və İmişli rayonlarında çörəkbişirmə biznesi olan qadın qrupları tərəfindən 56 min 672 təndir və kürə çörəyi bişirilərək, 47 min 522 çörək kənd sakini olan alıcılara evlərdə çatdırılıb, 9150 çörək isə təmənnasız yardım kimi 61 aztəminatlı ailəyə verilib. İsmayıllı, Zaqatala və Masallıda fəaliyyət göstərən "Nur", "Qızılgül" və "Qızyurdu" QİM qrupları tərəfindən 1450 üz maskası tikilərək kənd əhalisinə pulsuz paylanılıb. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılmış və Dünya Bankı tərəfindən dəstəklənən AKQA 2018-ci ilin mart ayından etibarən qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə innovativ modeli həyata keçirir. 462 üzvü özündə birləşdirən 38 qrupda qadınların müəssisələrinin fəaliyyətləri bir neçə aqrobizneslə yanaşı, çörəkbişirmə və şirniyyat, kafe, tikiş və xalçaçılıq sexlərini əhatə edir. Вернуться назад |