Главная > Maraqlı > MASALLI - Ərkivan və Mahmudavar ərazilərində abadlıq-quruculuq işləri

MASALLI - Ərkivan və Mahmudavar ərazilərində abadlıq-quruculuq işləri


15-06-2020, 21:32. Разместил: yeni321
MASALLI - Ərkivan və Mahmudavar ərazilərində abadlıq-quruculuq işləri  

Masallı rayonunun Ərkivan qəsəbəsi və Mahmudavar kənd ərazilərində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir.
Ərkivan qəsəbəsində mərkəzi yolların kənarı kollardan, məişət tullantılarından təmizlənib, ağacların dibləri bellənib, ağac və güllər vaxtaşırı suvarılır.
Mahmudavar ərzaisində isə kənd ərazi dairəsi üzrə nümayəndəliyin həyətində təmizlik işləri görülüb, fasadlar rənglənib. Eləcə də yol kənarı alaq və məişət tullantılarından təmizlənir, əkilən ağaclara qulluq göstərilir.
 Görülən bütün işlər karantin rejiminin tələbləri saxlanılmaqla aparaılır.
Məlumat üçün bildirək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun 08.06.2020 ci il tarixli müvafiq əmri ilə Sabiq Sami oğlu Cahangirov RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Rövşən Museyib oğlu Qurbanov Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub.



 
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад