Главная > Maraqlı > Masallının Sığdaş kənd sakinindən nümunəvi addım

Masallının Sığdaş kənd sakinindən nümunəvi addım


9-07-2020, 09:49. Разместил: yeni321
Masallının Sığdaş kənd sakinindən nümunəvi addım 

İyulun 8-də Masallı rayon Sığdaş kənd sakini Həsənov Xanverdi Əlifxan oğlu 2019-cu ilin iyul ayında dünyasını dəyişmiş qardaşı Nurulla Əliyevin il mərasimini mövcud koronavirus infeksiyasının yayılmaması səbəbi və Nazirlər Kabinetinin tövsiyələrinə uyğun olaraq keçirməmişdir.
Belə ki, X. Həsənov yas mərasimində veriləcək ehsanı xeyriyyə işinə çevirərək qardaşı N. Əliyevin dünyasını dəyişməsinin il mərasimi üçün ehsan olaraq 1 baş iri buynuzlu mal-qara kəsərək, hər birinə təxminən 2 kiloqram olmaqla ümumilikdə 65 imkansız və aztəminatlı ailəyə paylamışdır.
Xanverdi Həsənovun bu təşəbbüsü və davranışı hər kəs üçün mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq nümunəvi addımdır.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад