Главная > Maraqlı > Masallıda yas məclisləri ilə bağlı nümunəvi addım

Masallıda yas məclisləri ilə bağlı nümunəvi addım


14-07-2020, 12:26. Разместил: yeni321
Masallıda yas məclisləri ilə bağlı nümunəvi addım
 
Xüsusi karantin rejimi ilə əlaqədar yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Masallı rayonunda yeni bir ənənənin əsası qoyulub. Koronavirusla bağlı olaraq insanların bir araya toplaşması yoluxma riskini artırdığından Bədəlan kəndi sakini Ağababa Məmmədov övladı, 1976-cı il təvəllüdlü Elbrus Məmmədovun yas məclisini daha xeyirxah bir qaydada qeyd etməyə qərar verib.
Belə ki, mərhumun ailəsi 1 baş iri buynuzlu mal-qara kəsərək 62 aztəminatlı ailəyə (hər biri 1,5 kiloqram olmaqla) ət paylayıb.
Məlumat üçün bildirək ki, bir neçə gün öncə Sığdaş kənd sakini Xanverdi Həsənov da dünyasını dəyişmiş qardaşı Nurulla Əliyevin il mərasimini mövcud koronavirus infeksiyasının yayılmaması səbəbindən, o cümlədən Nazirlər Kabinetinin tövsiyələrinə uyğun olaraq keçirməyib. O, da yas mərasimində veriləcək ehsanı xeyriyyə işinə çevirib, 1 baş iri buynuzlu mal-qara kəsərək hər biri təxminən 2 kiloqram olmaqla 65 imkansız ailəyə paylayıb.
İmkansız ailələrə dəstək olmaq daha böyük savabdır, xüsusən də pandemiya dövründə.
Hər iki ailənin bu nümunəvi təşəbbüsü rayon ictimaiyyəti tərəfindən təqdir edilib.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад