Главная > Maraqlı > Türkoba qəbiristanlıqlarında abadlıq işləri
Türkoba qəbiristanlıqlarında abadlıq işləri26-07-2020, 12:36. Разместил: yeni321 |
Türkoba qəbiristanlıqlarında abadlıq işləri Yerli imkanlı şəxslərin və Rüsiyada yaşayan xeyriyyəçilərin köməyi ilə Türkoba ərazisi Şatıroba kəndinin “Şəhrabanı türbəsi" və “Seyidağa baba ocağı” adlanan qəbiristanlıqlarında abadlıq işləri aparılır. Belə ki, hər iki qəbiristanlıqda təmizlik işləri görülüb, ətrafa hasar çəkilib, köhnə qapılar yenisilə əvəz edilib, günbəz, talvar tikilib, quyu qazılıb, su xəttləri çəkilib. Xüsusi texnikalar vasitəsilə qəbiristanlıqların ərazisi genişləndirilib. Hər iki qəbiristanlıqda abadlıq-təmizlik işləri davam etdirilir. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |