Главная > Maraqlı > MASALLI – Sərçuvar və Lürən ərazilərində abadlıq işləri
MASALLI – Sərçuvar və Lürən ərazilərində abadlıq işləri7-08-2020, 13:23. Разместил: yeni321 |
Sərçuvar və Lürəndə abadlıq işləri davam etdirilir Masallı rayonunun qəsəbə və kəndlərində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir. Sərçuvar əraziində mərkəzi yolun kənarı kollardan, məişət tullantılarından təmizlənib, ağaclara, güllərə qulluq edilib və görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparaılıb. Qeyd etmək istəyirik ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və fəalları təmizlik işində nümunə göstərir, əsl vətəndaşlıq təəssübkeşliyi göstərirlər. Lürən ərazisində də abadlıq-quruculuq işləri görülməkdədir. Belə ki, Masallı RİHB-nın Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayənəliyi və bələdiyyənin təşkilatçılığı, kənd sakinlərinin könüllü təşəbbüsü ilə ərazidə yol kənarları məişət tullantılarından təmizlənir və ərazidə səliqə-sahman işləri aparılır. Ərazidə görülən bütün işlər xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla həyata keçirilir. Hər iki ərazinin fəalları bu xeyirxah missiyanı mütəmadi davam etdirirlər “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |