Главная > Maraqlı > Qələbənin Uğuru

Qələbənin Uğuru


21-01-2021, 14:23. Разместил: yeni321

Qələbənin Uğuru

 
Vətən Müharibəsi iştirakçısı qazi əsgər Qasımzadə Ümüd İman oğlunun övladı dünyaya göz açıb.
Bu münasibətlə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva və rayonun bir qrup fəal qadını qazinin ailəsinə baş çəkib, ailəsin sevincinə şərik olublar.
Vətən müharibəsində Azərbaycan ordusunun qələbəsi və qazanılmış böyük uğurla əlaqədar olaraq uşağın adını ailəsi Uğur qoyub.
Qeyd etmək istərdik ki, Vətən Müharibəsi iştirakçısı qazi əsgər Ümüd Qasımzadə döyüşdə göstərdiyi sücayətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif olunub.
Göstərilən diqqət və qayğıya görə qazi və ailəsi Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandana, rayon rəhbərliyinə və qonaqlara minnətdarlıqlarını ifadə ediblər.
 
“Yeni həyat”,      
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад