Главная > Maraqlı > Alimlər Marsda çiyələk və pomidor əkməyi planlaşdırırlar

Alimlər Marsda çiyələk və pomidor əkməyi planlaşdırırlar


9-12-2017, 16:49. Разместил: yeni321

Alimlər Marsda çiyələk və pomidor əkməyi planlaşdırırlar


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mütəxəssisləri Marsda xurma palmaları, kahı, pomidor və çiyələk əkməyi planlaşdırırlar.

Runews24 saytına istinadla xəbər verilir ki, BƏƏ hökuməti bitkilərin əkilməsi üçün təxminən 5,5 milyard dollar xərcləmək niyyətindədir.

Alimlər onların ölkəsinin “qırmızı planet”lə oxşarlığını qeyd edirlər. Bunu əsas gətirən mütəxəssislər Marsın xurma, çiyələk və pomidor yetişdirilməsi üçün əlverişli olmasına inanırlar.

Yaxın vaxtlarda alimlər “qırmızı planet”də su tapmaq və onun mühitinin xüsusiyyətləri barədə daha çox öyrənmək fikrindədirlər.
 шаблоны для dle 11.2
Вернуться назад