Главная > Maraqlı > Masallıda Ramazan bayramı aksiyaları

Masallıda Ramazan bayramı aksiyaları


14-05-2021, 18:10. Разместил: yeni321
Xeyirxah qardaşlardan Ramazan bayramı aksiyası
 
Xeyirxahlıq xalqımıza xas olan yüksək insani keyfiyyətlərdəndir. Azərbaycanlılar əsrlər boyu könüllü və təmənnasız kömək ənənələrinə bağlı olub.
Masallı rayonunda ənənəvi xeyriyyə aksiyaları Ramazan bayramı ərəfəsində də davam etdirilib.
Növbəti xeyriyyə aksiyası şərçivəsində rayonun Yeddioymaq kənd sakini Adına Şaban oğlu Salayev və qardaşı – Rusiyada yaşayan iş adamı Üzeyir Salayev tərəfindən 100-dən çox şəhid və qazi ailəsinə ərzaq sovqatı çatdırılıb.
Məqsəd 44 günlük Vətən Müharibəsi ərzində şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin ailə üzvlərinə və yaralı müharibə iştirakçılarına dəstək olmaqdır.
Şəhid və qazi ailələri bu xeyirxah addımı müsbət dəyərləndirib, aksiya təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
 

DAİM-in kollektivi bayram sovqatı paylayıb
 
Müqəddəs Ramazan bayramı münasibəti ilə Kənd Təsərrüfatı nazirliyi və Dövlət Aqrar İnkişaf Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılılğı ilə Masallı rayonunda 13 aztəminatlı ailəyə Ramazan sovqatı paylanıb.
Ailə üzvləri bayram günlərində onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə, eləcə də dəstək üçün hər kəsə minnətdarlıqlarını ifadə ediblər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад