Главная > Maraqlı > Masallıda “Ümidim sənsən” İB şəhid övladları ilə

Masallıda “Ümidim sənsən” İB şəhid övladları ilə


2-06-2021, 14:35. Разместил: yeni321
Masallıda “Ümidim sənsən” İB şəhid övladları ilə birlikdə 

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Ümidim sənsən” İctimai Birliyi Masallıda şəhid ailələrinin övladlarını bir yerə toplayaraq dəstəyini nümayiş etdirmişdir.
Təbiət qoynunda təşkil olunan xeyriyyə tədbirinə şəhidlərin doğmaları da qatılıb.
Şəhid övladlarının daim diqqətdə saxlandığını qeyd edən “Ümidim sənsən” İctimai Birliyinin sədri Fidan Abbaslı Vətən Müharibəsi dövründə olduğu kimi, hər zaman şəhid övladların yanında olacaqlarını, onlara dəstək göstərəcəklərini bildirmişdir.
Şəhid ailələri öz növbələrində onlara və övladlarına göstərilən diqqət və qayğıya görə İctimai birliyə və şəxsən Fidan Abbaslıya minnətdarlıqlarını ifadə etmişlər.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад