Главная > Maraqlı > Payız şeiri
Payız şeiri16-12-2017, 23:08. Разместил: yeni321 |
Payız Yağışı çaylarda dönəndə selə, Qoynunu açanda küləyə, yelə, Təzə sığal çəkib çiçəyə, gülə, Bir az xatırlatdı baharı payız. Yarpaqlar qızılı rəngə büründü, Bağlar bar-bəhərlə dolu göründü, Dağlar ağ dumana, çənə büründü, Heyva rəngindəydi bu sarı payız. Duydu nəfəsində qış nəfəsini, Köçən durnaların quş nəfəsini, Düşdü qış eşqinə, qış həvəsinə, Təzə yol başladı qış sarı payız. Məlikməmməd MƏCİDOV. Вернуться назад |