Главная > Maraqlı > Ən çox əhali sıxlığı Masallı rayonundadır

Ən çox əhali sıxlığı Masallı rayonundadır


16-12-2021, 22:14. Разместил: yeni321
Ən çox əhali sıxlığı Masallı rayonundadır

Lənkəran-Astara iqtisadi rayonunun ərazisi 6.07 min kvadratkilometrdir. Bunun da 10,2 faizi və ya 0.62 min kv.km Astara rayonu, 25,4 faizi və ya 1,54 min kv.km Lənkaran şəhərı, 17,8 faizi və ya 1.08 min kv.km Lerik, 11 faizi və ya 0,67 min kv.km Yardımlı, 11,9 faizi və ya 0.72 min kv.km Masallı, 23,7 faizi və ya 1.44 min kvadratkilometri Cəlilabad rayonudur.
Masallı Rayon Statistika İdarəsindən Yeniheyet.az-a verilən məlumata əsasən (01.01.2021-ci il tarixə) Lənkəran-Astara iqtisadi rayonunun 1 kv.km əhalisinin sıxlığı 157 nəfər olmuşdur. Astara rayonunda 1 kv.km əhalinin sıxlığı 178, Lənkaran şəhərində 1 kv.km əhalinin sıxlığı 150, Lerik rayonunda 1 kv.km əhalinin sıxlığı 80, Yardımlı rayonunda 1 kv.km əhalinin sıxlığı 103, Masallı rayonunda 1 kv.km əhalinin sıxlığı 318, Cəlilabad rayonunda isə 1 kv.km əhalinin sıxlığı 158 nəfər olmuşdur.
Ən çox əhali sıxlığı Masallı rayonunda olmuşdur. 
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад