Главная > Maraqlı > Narkotiklərə yox deyək!

Narkotiklərə yox deyək!


26-01-2022, 14:34. Разместил: admin44
Cəmiyyətin və gələcək nəslin faciəsi

Hər axşam televiziya qarşısında oturub xəbərləri dinləmək həyat tərzimizə dönüb. Proqramın sonunda isə ölkənin ayrı-ayrı rayonlarında polisin keçirdiyi reydlər zamanı neçə-neçə adamın narkotiklə məşğul olduğunu və tələyə düşdüyünü görürük. Müşahidələrimə rəğmən bu məsələ, bu vəziyyət səngimir, əksinə günü-gündən ixtişar tapır ki, bu da millətin faciəsinə çevrilir. Bir ziyalı, müəllim kimi bu faciədən narahatam. Uzun illərdir ki, şagirdlərimə  Azərbaycan dili və ədəbiyyatdan dərs deyirəm. Həmişə məqam düşəndə narkotikanın cəmiyyətimiz üçün bəla-faciə olduğunu şagirdlərimin nəzərinə çatdırıram. Özüm də onların hərəkətlərinə, davranışlarına nəzarət edirəm, bəzən bu mövzuda onlarla söhbətlər də aparıram.
Bəziləri narkotiklərin necə və nə kimi fəsad törətdiyini soruşur. Mən də mətbuatda bu barədə oxuduqlarıma istinad edib deyirəm ki, narkotiklər canlı orqanizmə daxil olarkən ona psixi və fiziki təsir göstərən, ağır asılılıq yaradan güclü təsiredici maddələrə, narkotik və ya psixoaktiv maddələrə deyilir. Psixoaktiv maddələrin istifadəsi bütün hallarda insan orqanizmi üçün zərərlidir. Narkotik  vasitələr və psixotrop maddələr cəmiyyətdə bir çox sosial fəsadlar törədir. İlk növbədə yaxın insanlar və dostlarla münasibət pozulur. Ailədə, dostlar arsında əsassız, yersiz  münaqişələr yaranır. Təhsildə, sosial fəaliyyətdə uğursuzluqlar başlayır. Xırda qanun pozuntularından tutmuş cinayətkarlığa cəlb olunmasına qədər problemlərlə qarşılaşır. Biz sözlə, cəmiyyətdə bir şəxsiyyət kimi tənəzzülə uğrayır. Həkimlərin dediyi kimi onlar tibbi fəsadlara da düçar olurlar. Qıcolmalar, depresiya halları qaçılmazdır. Hepatit, QİDS və insan sağlamlığı üçün təhlükə yaradan infeksion xəstəliklərin yaranması və yayılması üçün əsl mənbəədir.

Narkotiklər heç bir problemi həll etmək iqtidarında deyil, əksinə gündəlik həyatımızda daha ciddi problemlər meydana gətirir.
Nəhayət, bu “Ağ ölüm”lə necə və kim mübarizə aparmalıdır ki, millətin sağlamlığına kömək olsun.  Gənclərimiz bu bəladan qurtulsunlar.
Bu mövzudan söhbət düşəndə hamı yaxasını kənara çəkib günahı orda-burda axtarır. Valideyn məktəbi, məktəb polisi, polis cəmiyyəti günahlandırır. Əslində bu bəla ilə mübarizədə hamı birlik göstərməlidir. Necə ki, xalq – Prezident – ordu birliyi 44 gündə heç kimin ağlına gəlməyən Qarabağı düşmən işğalından azad etdi. Narkomaniya isə bu müharibədən də dəhşətlidir. Çünki bütün bəşəriyyət üçün təhlükəli bəladır. İlk növbədə valideynlər yeniyetmə övladlarını bu bəladan qorumalıdır. Ata gül balasına hər gün pul verir ki, get sən də ye, iç. Ancaq bir də xəbərdar olur ki, övladı artıq narkotik aludəçisidir. İkinci yerdə isə məktəbdir. Pedaqoji kollektiv hər bir şagirdin bütün hərəkətlərinə nəzarət etməlidir. Dövlət qanunu da vacibdir ki, bununla polis məşğul olmalıdır. Narkotikə meyilli gənclər dərhal təcrid olunmalıdır, müalicə edilməlidir.
Narkotiklə mübarizədə ictimaiyyətin də üzərinə ciddi məsuliyyət düşür. Qonşunun övladının narkoman olduğunu bilən “mənə nə” deməməlidir. Çünki bu bəla bir gün onun da ailəsində peyda ola bilər. Yeniyetmələr, gənclər bizim gələcəyimizdir. Onları bu dəhşətli bəladan uzaqlaşdırmaqda hamılıqla çalışmalıyıq. Bu işdə fəal gənclər özləri bizə ytardımçı olmalıdırlar. Narkomaniya bütün bəşəriyyətin bəlasıdır və bütün dünya bu “sərsəm ölüm”lə mübarizə aparır.

Gənclər və yeniyetmələr arasında narkotiklərə meyl göztərən daha çoxdur. Odur ki, gənclərin bu sahədə maarifləndirilməsi mühüm əhmiyyət kəsb edir.




İbrahim ŞÜKÜROV
ştatdankənar müxbirimiz


www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад