Главная > Maraqlı > Şəhər bizimdir, təmiz olmalıdır

Şəhər bizimdir, təmiz olmalıdır


20-12-2017, 16:11. Разместил: yeni321
 

Şəhər bizimdir, təmiz olmalıdır

Zəngli saatın səsinə ayıldı yuxudan. Otağa haray-həşir salan saat şirin-şəkər yuxusunu dağıtmışdı. Pəncərədən çölə baxdı. Şəhər qatı dumana bürünmüşdü.
Tez-tələsik çay içib iş yerinə getdi. Prospekt boyu qızılı, sarı yarpaqlar səkilərə səpilmiş üstünə duman çökmüşdü. Briqada üzvləri şəhərin Seybətin dairəsində gözləyirdilər onu. Salamlaşdı. Şən-şux ovqat yaratdı. Tapşırıqlarını verdi. İşə başladılar. 
İki ildir ki, hər günü belə başlayır Mirsəmidin. Sübh tezdən başlanan iş gününün hər anı şəhərin səliqə-sahmanına sərf olunur. 
Briqadasında 10 nəfər işləyir. Onlar əsasən Heydər Əliyev prospektində çalışırlar. Seybətin dairəsindən tutmuş Respublika bankına kimi sahədə səliqə-sahman yaradırlar. Mirsəmid deyir ki, küçələri səliqə-sahmanlı görəndə qəlbən rahat oluram. Ancaq küçələrə zibil tökənlərə, siqaret kötüyü atanlara, səkilərin nizamını pozanlara, bir sözlə, səliqəsizlik yaradanlara demək istəyirəm ki, gördüyünüz yar-yaraşıq min bir zəhmətlə başa gəlir.
M.Vahabov Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində çalışır. Əməyi, zəhməti ilə fərqlənir. Onun və briqadasında çalışanların səyləri ilə şəhər yaraşıqlı, küçələr təmiz görünür həmişə.

                                                                                                                              “Yeni həyat”,
                                                                                                                        www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад