Главная > Maraqlı > Diqqətli olun! Koronavirusa gündəlik yoluxma sayı 3192-dir...

Diqqətli olun! Koronavirusa gündəlik yoluxma sayı 3192-dir...


26-01-2022, 16:40. Разместил: admin44
                                                                                                   
Azərbaycanda son sutkada koronavirusa 3 192 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 640 148 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8 650 nəfər vəfat edib, aktiv xəstə sayı 12 448 nəfərdir.

Ölkədə son sutka ərzində 12 544, hazırkı dövrədək isə 6 094 493 test aparılıb.




www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад