Главная > Maraqlı > Hişkədərə kəndinin tarix və müasirliyi yeni kitabda...

Hişkədərə kəndinin tarix və müasirliyi yeni kitabda...


27-01-2022, 10:16. Разместил: admin44
Uzun illər dövri mətbuatda Hişkədərə kəndinin tarixi, məişəti , qabaqcıl sakinləri ilə bağlı məqalələri ilə tanınan qabaqcıl pedaqoq, rayonun seçilən ziyalılarından olan Bahadır Abdullayevin bu yaxınlarda “Hişkədərə: tarix və müasirlik” adlı kitabı işıq üzü görmüşdür. Hişkədərə kənd tam orta məktəbinin tarix müəllimi B. Abdullayev kitabında kəndin qədim tarixini araşdırmış, görkəmli şəxsiyyətləri barədə ətraflı məlumatlar toplamışdır. Müəllif kitabında Vətən müharibəsinin və kəndin şəhid övladları barədə də oxucuları məlumatlandırmışdır.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, Bakı şəhərində “Red N-line” nəşriyyatının mətbəəsində 300 tirajla, 240 səhifədə nəfis şəkildə çap olunan kitabda vaxtilə ölkədə tanınmış çay ustası, xalq elçisi Əsbət Nəzərova, el-obasını qaçaq-quldurlardan qoruyan Kərbəlayi Yusif, habelə alimlər, dövlət qulluğunda çalışanlar, tanınmış pedaqoq və kəndin ictimai və mədəni həyatında fəaliyyəti olan adamlar barədə sanballı yazılar yer tutur.

Kitab kəndin və rayon oxucularının marağı ilə qarşılanıb.




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад