Главная > Maraqlı > Sabahımıza qayğı ilbəil vüsət alır

Sabahımıza qayğı ilbəil vüsət alır


2-02-2022, 09:18. Разместил: admin44

Gənclərə hərtərəfli dövlət dəstəyi ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamıdır. Gəncliyi “Azərbaycanın gələcəyi” adlandıran unudulmaz dahi şəxsiyyət demokratik dövlət quruculuğunda onların rolunu daim yüksək qiymətləndirib. Bu gün gənclərə qayğı ənənəsini Prezident İlham Əliyev layiqincə davam etdirir.

Bildiyimiz kimi, ulu öndərin fərmanı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Bundan üç il sonra, fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması bu sahədə atılan növbəti addım olub. Daha sonra Heydər Əliyevin imzaladığı ”Dövlət gənclər siyasəti haqqında” fərman Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaradıb. Cənab İlham Əliyev gənclərin fəaliyyəti üçün münbit şərait yaradıb, onların rifahını təmin edən bir sıra dövlət proqramlarını təsdiq edib.

Bir təhsil işçisi kimi, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”nın qəbulunu minnətdarlıqla xatırlayıram. Eyni zamanda, 2019–2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramlarının sayəsində minlərlə gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb. 2011- ci ildə Azərbaycan Respub­likası Prezidenti yanında Gənclər Fondunun yaradılması gəncliyin inkişafında mühüm rol oynayıb. Bu günə qədər fond tərəfindən 4545 layihə maliyyələşdirilib. “Gənclər üçün Prezident Mükafatı” təsis edilib və hər il müxtəlif sahələrdə fəallığı ilə seçilən 10 nəfər gəncə ildə birdəfəlik 10 min manat verilir.
O
nu da xüsusi vurğulayım ki, məhz cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı sayəsində əzəli Qarabağ torpaqları erməni işğalından azad edilib. Vətən müharibəsində canından keçənlər, şəhidlik zirvəsinə ucalanlar əsasən gənclərimiz olublar. Bu, Azərbaycanda qəhrəmanlıq ənənələrinin layiqincə davam etməsinin təzahürüdür.

Bir çox təhsil ocaqları kimi, bizim kollecdə də sabahın bilikli mütəxəssisləri hazırlanır. Bir neçə il əvvəl möhtərəm Prezidentimizin Masallıya səfəri zamanı ictimaiyyət nümayəndələri tərəfindən kollecimizlə bağlı təkliflər səsləndirilib. Bölgənin böyük turizm potensialı olduğu xatırladılıb və burada müvafiq orta ixtisas təhsili müəssisəsinin yaradılması xahiş edilib. Çox keçmədən dövlət başçısının ali diqqəti sayəsində təklif reallaşıb və kollecimiz təsis edilib. İndi burada yüzlərlə tələbə turizm, meşə–park təsərrüfatı üzrə və digər ixtisaslara yiyələnir. Kollecimizin sayəsində rayonumuzda özünəməxsus tələbə mühiti yaradılıb.

Dövlətimizin başçısı deyib ki, gənc nəsil mənfi təsirlərdən uzaq olmalıdır və bundan ötrü də hərtərəfli tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli, eyni zamanda, milli mədəniyyətimizə sıx bağlı olmalıdırlar. Bu, bizim üzərimizə böyük vəzifə qoyur. Çalışırıq ki, bu yöndə daha ciddi iş aparaq və bu gün bayramları olan tələbələrimizi, gənclərimizi müstəqil həyata tam hazırlaya bilək.



Vidadi NƏZƏROV,
Masalli Dövlət Regional Kollecinin direktoruшаблоны для dle 11.2
Вернуться назад