Главная > Maraqlı > 2 fevral - Azərbaycan Respublikasında Gənclər Günüdür

2 fevral - Azərbaycan Respublikasında Gənclər Günüdür


3-02-2022, 15:20. Разместил: admin44


Ümummilli Liderimiz Heydər Əliyev 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gəncləri günü elan etmişdir. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.

Ulu öndər gənclərin imkan və bacarıqlarını daima yüksək qiymətləndirirdi. Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Gənclərdə olan yüksək ruh yüksəkliyi nəticəsində Azərbaycan günü gündən inkişaf etməkdədir. Cənab Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan etməsi Sərəncamı gənclərdə fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Elə məhz bunun nəticəsidir ki, Azərbaycan gəncləri işğal altında olan topaqları 44 gün ərzində düşmən tapdağından azad etmiş və Müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından belə keçmişlər.

200 minədək gənci birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu gün ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Almaniya, Bolqarıstan və İtaliyanın hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir.

Bu günkü gündə Azərbaycanda könüllü gənclərdən ibarət böyük bir ordu vardır. Bu qədər gənc könüllünün olması isə Cənab Prezident İlham Əliyevin gənclərə verdiyi böyük diqqət və qayğının nəticəsində olmuşdur. Rayon və şəhərlərimizdə “Gənlər evi”nin yaradılması gənclərə daha böyük tövhələr verir və hələdə verməkdədir.

Azərbaycanda geniş rol almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “ Könüllülər ili “ elan edilməsi haqqında Sərəncam imzalayıb. Hal hazırda ölkəmizdə 20 min gənc könüllü çalışır və hər bir könüllü gənc ölkənin inkişafına öz tövhələrini vermək üçün əllərindən gələni əsirgəmirlər.

Elməddin Əzizov,
Masallı şəhər sakini, gənc könüllü.


www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад