Главная > Maraqlı / Manşet > Azərbaycanda GƏNCLƏR GÜNÜ

Azərbaycanda GƏNCLƏR GÜNÜ


3-02-2022, 15:29. Разместил: admin44


Bu gün 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunub. Bu, Ulu Öndərin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.

Cənab Prezident İlham Əliyev gözəl bir söz söyləmişdir: Mənim gənclərə xüsusi münasibətim var mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiz. Mən də Sizə arxalanıram

Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Orxan Allahverdiyev,
Masallı şəhər sakini, gənc könüllü.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад